Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fizuli Bəhruz oğlu Məmmədov…
İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…
Peşəkar hərbçi, İkinci Vətən Müharibəsi və 12-13 sentyabr 2022-ci il döyüşlərinin iştirakçısı…
Və 19-20 sentyabr 2023-cü il döyüşlərinin Şəhidi…
Nur üzlü Şəhidimiz…
Fizuli Məmmədov 1989-cu ildə Samux rayonunun Qovlarsarı kəndində dünyaya gəlib…
Ailənin dörd övladından, üç qardaşdan biri olub…
Orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnib…
Həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra isə həyatını hərb, Ordu ilə bağlayıb…
Leytenant hərbi rütbəsini daşıyıb…
Tarixi 44 günlük İkinci Vətən Müharibəsinin və 12-13 sentyabr 2022-ci il döyüşlərinin iştirakçısı olub…
Ötən ilin sentyabr ayında baş verən qanlı döyüşlər zamanı Laçın istiqamətində qolundan və kürəyindən yaralanıb…
Qısa müalicə və müayinə keçdikdən sonra yenə də Orduda fəaliyyətini davam etdirib…
Və bu ilin sentyabr ayının 19-da başlayan-Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Fizuli sentyabrın 20-də Xocalı istiqamətində Şəhidlik zirvəsinə yüksəlib…
Nəşi 22 sentyabr tarixində Qovlarsarı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən öncə bir neçə medalla təltif olunub…
Fizuli eyni zamanda, Qovlarsarının son üç ildəki ikinci Şəhididir…
2020-ci ildə, İkinci Vətən Müharibəsi zamanı isə Xüsusi Təyinatlı Emil Sadıqzadə Şəhid olub…
Fizuli həm də ailəli olub, Günel adlı xanımla ailə həyatı qurub…
İki qızı-orta məktəb şagirdləri olan Fatimə və Zəhrası ailəsinə, Vətəninə əmanət qalıb…
Atalarının ruhu köməkləri olsun, torpağı sanı yaşasınlar!
***
Bu gün Qovlarsarılı Şəhid Emil Sadıqzadənin Anım Günündə məzarını ziyarət zamanı Şəhidimizin məzarı başında göz yaşları axıdan Dərdli, Yaralı anası Qətibə xanımla görüşdüm…
Ona, ailəsinə Allahdan səbr və dözüm arzuladım…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Ruhu qarşısında baş əydiyimi bildirdim…
Ağır və çətin olsa da, Şəhidimizin anası ilə söhbətləşdim, dərdləşdim, ona təsəlli verməyə çalışdım…
Yenə sözün tükəndiyi, bitdiyi yer idi…
Allah bir daha səbr və dözümlərini versin!
Böyük Yaradan bir daha Şəhidimizin məqamını Uca, dərgahını mübarək etsin!
Nur içində yatsın!
***
FOTOLAR:








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





