Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün həm də Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fuad İmaməddin oğlu Məhərrəmovun Anım Günüdür.
Goranboyun Zeyvə kəndinin iki İkinci Qarabağ Savaşı Şəhidindən biri olan Fuad Məhərrəmovun bu gün Əbədiyyətə uğurlanmasından üç il ötür.
Anım Günü ilə bağlı bu gün Şəhidin Zeyvə kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.
Sonra Şəhidin ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılacaq, ruhuna bir daha dualar ediləcək.
Etikxeber.az xəbər verir ki, Fuad Məhərrəmov 1994-cü ilin aprel ayının 5-də Zeyvə kəndində dünyaya gəlib.
Ailənin altı övladından biri, beş bacının tək qardaşı olub.
Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
Ali təhsilli, peşəkar hərbçi idi.
Baş leytenant hərbi rütbəsini daşıyıb.
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb və şərəfli döyüş yolu 18 gün çəkib.
Oktyabr ayının 14-də isə Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 16 gün sonra, oktyabr ayının 30-da Zeyvə kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
O, həm də subay olub.
Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Şəhidin bacısı Nazilə Nəsirovanın həyat yoldaşı-iki övlad atası, hərbçi Xəqani Kamran oğlu Nəsirov da İkinci Vətən Müharibəsi Şəhididir.
Məkanı cənnətlik olsun!
Nur içində uyusun!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




