Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Birinci Qarabağ Savaşında iki qardaşı, İkinci Qarabağ Savaşında isə iki oğlu döyüşmüş və 2020-ci ilin oktyabr ayının 5-də Ağdam rayonunun Qərvənd kəndində qəhrəmancasına Şəhid olmuş 16 aprel 1970-cı il təvəllüdlü Müşviq Qabil oğlu Abbasovun 55 yaşının tamam olması, Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün-16 aprel 2025-ci il tarixində Əbədiyyətə uğurlandığı Quzanlı qəsəbə qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Etikxeber.az xəbər verir ki, ziyarət zamanı Şəhidin məzarı önündə qısa çıxışlar edilib.
Çıxışlarda Şəhidin 50 illik şərəfli ömür və döyüş yolundan, İgidliyi və Qəhrəmanlığından, Vətən, Qarabağ naminə fədakarlığından bəhs olunub.
Cənnətdəki beşinci doğum günü təbrik olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Qeyd edək ki, əslən Ağdam rayonunun Abdal Gülablı kəndindən olan Müşviq Abbasov 3 övlad-3 oğul atası idi.
Şəhidliyindən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 55 yaşı mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az