Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən-Elnur Ramiz oğlu Xəlilov və Vüsal Mehdi oğlu Tahirovun Anım günləridir.
16 noyabr 2025-ci il tarixində hər iki Şəhidin Əbədiyyətə uğurlanmasından beş il keçir.
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhid Vüsal Tahirovun Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Ailəsinə, valideynlərinə-anası Rəsmiyyə xanıma, atası Mehdi Tahirova Allahdan səbr və dözüm arzulanıb.
Elnur Xəlilovun isə ailəsinin Xocasən qəsəbəsində yaşadığı mənzildə Anım məclisi düzənlənib, adına ehsan süfrəsi açılıb.
Onun da ruhuna dualar olunub, “Quran” oxunub, ailəsinə, doğmalarına Böyük Yaradandan səbr dilənib.
Şəhidin övladları tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Eyni zamanda, “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin sədri, şair Ülviyyə Vasifqızı tərəfindən Şəhidin anası Səkinə xanıma “Dəmir Yumruq” simovulu təqdim olunub.
Anım məclisində Şəhidin ailə üzvləri, Bakı və Beyləqanlı Şəhid ailələri, ziyalılar və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Elnur Xəlilov 1990-cı ilin aprel ayının 21-də Beyləqan rayonunun Bolsulu kəndində dünyaya gəlib.
Ailənin iki övladından, iki qardaşdan biri olub.
Həqiqi hərbi xidmətini, Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAHHXHQ, Çavuş kimi fəaliyyət göstərib.
Aprel döyüşlərinin iştirakçılarından olub.
İkinci Vətən Müharibəsinə qatılıb və müharibənin elə ilk günündə Füzuli istiqamətində Şəhid olub.
Ancaq nəşi gec tapılıb və 2020-ci ilin noyabr ayının 16-da Beyləqan rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif edilib.
30 yaşında Şəhadətə qovuşan Elnur həm də ailəli olub.
İki övladı-bir qızı və bir oğlu Vətənə əmanət qalıb.
Qızı 6-cı, oğlu isə 2-ci sinifdə oxuyur.


***

Əslən Şərur rayonunun Danyeri kəndindən olan Vüsal Tahirov isə 1997-ci ilin may ayının 1-də dünyaya gəlib.
Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.
Ailəsi ilə birlikdə Xırdalan şəhərində yaşayıb, orada orta təhsilə yiyələnib.
2015-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə qulluq edib.
Əsgərlikdən qayıtdıqdan sonra o da həyatını, taleyini Ordu ilə bağlayıb, Azərbaycan Ordusunda Gizir kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərə atılıb və noyabr ayında Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Nəşi 16 noyabr tarixində Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra medallarla və ordenlə təltif olunub.
O, həm də subay olub.
Məkanları cənnətlik olsun!
Nurlar içində yatsınlar!
13:49
***
FOTOLAR:



***















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





