İkinci Vətən Müharibəsinin 6 oktyabr Şəhidlərindən Kamran Kazımov və Elvin Kazımovun-İKİNCİ ŞƏHİDLƏR XİYABANINDAKI MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Anım günləri, Əbədiyyətə uğurlanmalarının üçüncü ili ilə bağlı bu gün səhər saatlarında İkinci Vətən Müharibəsi Şəhidləri-əslən Ucarlı Baş leytenant Kamran Qurbanəli oğlu Kazımov və əslən Qazaxlı Elvin Ədalət oğlu Kazımovun İkinci Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.

Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Hər iki Şəhidin ruhuna dualar edib, “Quran” oxunub.

Etikxeber.az xəbər verir ki, Şəhidlərin məzarlarını ziyarət zamanı çıxışlar olunub.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, sabiq millət vəkili Vüqar Rəhimzadə və digər şəxslər çıxış ediblər.

Çıxışlarda tarixi 44 günlük İkinci Vətən Müharibəsindən, Qələbə və Zəfərimizdən, Elvin Kazımov və Kamran Kazımov da daxil olmaqla, cəmi Şəhidlərin İgidlikləri və Qəhrəmanlıqlarından, Vətən naminə fədakarlıqlarından danışılıb.

Eyni zamanda, sonuncu lokal xarakterli antiterror tədbirlərindən, düşmənin diz çökdürülməsindən, Qarabağ münaqişəsinə birdəfəlik son qoyulmasından söz açılıb.

Həmçinin, hər iki Şəhidin ailəsinə Allahdan bir daha səbr və dözüm arzulanıb.

Sonra İkinci Şəhidlər Xiyabanındakı mərasim zalında hər iki Şəhidlə bağlı Anım mərasimi keçirilib, ehsan verilib.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimidə ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, ziyalılar, Xətai rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məkanları cənnətlik olsun!

Nur içində yatsınlar!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin üç oğlan övladından, eyni istiqamətlərdə döyüşən iki hərbçi qardaşdan biri, məzarı başında hər kəsi duyğulandıran-balaca Rəvanı Vətənə əmanət qalan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELVİN ƏDALƏT OĞLU KAZIMOV… – FOTOLAR – YENİLƏNİB

Read Next

İkinci Vətən Müharibəsi Şəhidlərindən Rəşad Quliyev, Sübhan Abdurahmanlı, Sübhan Məmmədli və Rəşid Həmidovun Anım Günü, Sənan Kərimovun isə Şəhidlik məqamına ucaldığı gündür-BU GÜN ŞƏHİDLƏRİN MƏZARLARI ZİYARƏT OLUNACAQ, ANIM MƏRASİMLƏRİ DÜZƏNLƏNƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir