Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan 2022-ci il Qanlı sentyabr Şəhidi Səfiyar Elşən oğlu Məmmədovun Əbədiyyətə uğurlanmasının birinci ili, Anım Günüdür.
Etikxeber.az xəbər verir ki, evin-ailənin 4 övladından, 3 qardaşdan biri olan Səfiyar Məmmədov 2002-ci ilin yanvar ayının 1-də Goranboyun rayonunun Qızılhacılı qəsəbəsində dünyaya gəlib.
Orta məktəbi bitirdikdən, hərbi xidmətini başa vurduqdan sonra həyatını yenidən Ordu ilə bağlayıb, Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyət göstərib.
O, eyni zamanda, 44 günlük tarixi İkinci Vətən Müharibəsində iştirak edib.
Ötən ilin sentyabr ayında isə baş vermiş qanlı döyüşlər zamanı Kəlbəcər istiqamətində Şəhidlik məqamına ucalıb.
Nəşi sentyabrın 15-də Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb.
Medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qızılhacılı qəsəbəsində adını daşıyan küçə var.
Anım Günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək, qısa çıxışlar ediləcək, sonra isə ailəsinin yaşadığı evdə Anım mərasimi keçiriləcək, adına ehsan süfrəsi açılacaq.
Məkanı cənnətlik, ruhu şad olsun!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az