İkinci Vətən Müharibəsinin üç Şəhid Adəmindən biri-BUMLU ADƏM İKRAM OĞLU HEYDƏROV – FOTOLAR

Dünən, 16 sentyabr tarixində daha bir Qəbələli Şəhid ailəsində olduq…

Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi Təbriz Cüməzadənin valideynləri ilə daha bir Şəhid ocağına baş çəkdik…

Qəbələnin İkinci Vətən Müharibəsi Şəhidlərindən biri, Zəfər və Qələbə Şəhidlərimizdən olan Adəm İkram oğlu Heydərovun ailəsini, doğmalarını ziyarət etdik…

Qeyd edim ki, Adəmin ailəsi, valideynləri ilə bir neçə ay öncə Kürdəmirdə Şəhid Adəm Əliyevə həsr olunmuş tədbir tanış olmuşduq…

Və o zaman söz vermişdim ki, bir gün gəlib onları da ziyarət edəcəyəm…

Və dünən Şəhidimizin ailəsi, yaxınları ilə ocaqlarında bir araya gəldim, gəldik…

Bir daha onlara Allahdan səbr və dözüm arzuladıq, bir daha “Nur üzlü Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…

Bir daha ruhu qarşısında ehtiramla baş əydiyimizi idafə etdik…

Bir saatdan çox çəkən ziyarətimiz zamanı Şəhidimizin ailə üzvləri söhbətləşdik, dərdləşdik, Adəmin qısa, lakin mənalı, şərəfli həyat və döyüş yoluna onlarla birlikdə nəzər saldıq…

Bir daha üzüldük, bir daha təsirləndik, bir daha Qürurlandıq, bir daha Fəxrləndik…

Nur içində yatsın!

***

Onu da qeyd edim ki, Adəm Qəbələnin Bum kəndindədir…

O, 2000-ci ilin martın 26-da sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb…

Ailədə 3 övlad-bir bacı, iki qardaş olublar…

Adım evin-ailənin sonbeşiyi olub…

Belə ki, qardaş və bacısı ilə onun arasında 7-8 yaş fərqi olub…

Adəm orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə, Əsgərliyə yollanıb və Vətənin keşiyini çəkdikdən sonra yenidən evinə-ailəsinə dönüb…

Və İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunub…

Sentyabrın 29-dan oktyabrın 13-cən Tərtər-Ağdərə istiqamətində qanlı döyüşlərdə iştirak edib…

Və oktyabrın 13-də Ağdərə istiqamətində ağır döyüşlərdən birində Şəhidlik məqamına ucalıb…

Ancaq Onun nəşini götürmək mümkün olmayıb…

Yalnız 34 gündən sonra nəşi əldə edilib və doğulub boya-başa çatdığı Bum kəndinin qəbiristanlığında torpağa tapşırılıb…

Adəm həm də Bumun iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

O, eyni zamanda, İkinci Vətən Müharibəsində Şəhid olan və Adəm ismini daşıyan 3 Şəhidimizdən biridir…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Adəm həm də subay olub...

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Evin iki oğlan övladından biri, Tovuz döyüşlərinin Qəhrəmanlarından olan 18 yaşlı Xəyyam Daşdəmirov VƏ YA ŞƏHİD MƏCLİSİNDƏ SƏHHƏTİ PİSLƏŞƏN, XƏSTƏXANAYA YERLƏŞDİRİLƏN DƏRDLİ ŞƏHİD ANASI…-FOTOLAR

Read Next

Sentyabr Şəhidlərinin sayı-79-A ÇATDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir