İkinci Vətən Müharibəsi Şəhidi Mikayıl Əlibəylinin Cənnətdəki ikinci ad günü: 29 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, ŞƏHİD CƏFƏR ELYASOVUN BACISI HALALLIQ ALDI, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Mikayıl Xalıqverdi oğlu Əlibəylinin ad günüdür.

Mikayıl Əlibəylinin bu gün 29 yaşı tamam olur və bu, onun Cənnətdəki ikinci ad günüdür.

Etikxeber.az xəbər verir ki, Mikayıl Əlibəyli 1992-ci ilin dekabr ayının 23-də anadan olub.

Yevlax rayon Balçılı tam orta məktəbini bitirib.

Təhsilini bitirdikdən sonra Sumqayıtda hərbi xidmətdə olub. 

Xidmətdən sonra bir müddət Bakı şəhərində şirniyatçı kimi çalışıb.

Daha sonra Mingeçevirdə bir sıra sahələrdə kimi fəalliyət göstərib.

Müharibə başlamazdan 6 gün əvvəl, sentyabrın 21 -də hərbi təlimlərə qatılıb.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.

Və oktyabrın 6-da sonuncu dəfə anası ilə danişıb.

Bir gün sonra, 7 oktyabr tarixində isə Tərtər-Ağdərə ügrunda gedən döyüşlərdə başından qəlpə yarası alaraq, qəhrəmancasına Şəhid olub.

Nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Mikayıl həm də subay olub.

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün saat 12:00 radələrində Şəhidin məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdə Şəhidin ailə üzvləri, Mingəçevirdən olan Şəhid ailələri, din xadimləri, Qazilər və digər şəxslər iştirak edəcəklər.

Ziyarətdən sonra, saat 14:00-da “Sevgi” şadlıq sarayında Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim keçiriləcək, adına ehsan veriləcək.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, çıxışlar ediləcək, bir daha ruhuna dualar oxunacaq.

Məqamı Uca, məkanı cənnətlik, mövludu, Cənnətdəki ikinci ad günü mübarək olsun!

Nur içində yatsın!

Allah ailəsinə səbr versin!

11:13

***

Saat 12:00 radələrində Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, Şəhidin ruhuna dualar edilib.

Ziyarətdə Şəhidin anası Almaz xanım, atası Xalıqverdi kişi, qardaşı Rauf, Şəhidin yaxınları, şəhər sakinləri, Mingəçevirdən olan Şəhid ailələri, din xadimləri, məktəblilər, Qazilər iştirak ediblər.

Qeyd edək ki, ziyarətçilər arasında Şəhid Cəfər Elyasovun bacısı Məleykə xanım və nişanlısı İlkin bəy də olub.

Onlar Şəhid Mikayıl Əlibəylinin məzarını ziyarət ediblər.

Şəhidin anasından və ailə üzvlərindən halalıq istəyiblər.

Şəhid Mikayıl Əlibəylinin anası və ailə üzvləri də dünya evinə girən cütlüyə-,əhid bacısı Məleykə xanıma və nişanlısı İlkin bəyə halallıq verib, onlara bir ömür boyu xoşbəxtlik arzulayıblar.

14:00

***

Ziyarətdən sonra “Sevgi” şadlıq sarayında Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni oxunub və səsləndirilib.

Sonra Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunub.

Daha sonra çıxışlar edilib, Şəhid Mikayıl Əlibəylinin və cəmi Şəhidlərin İgidliyindən, Qəhrəmanlığından söz açılıb.

14:25

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…

VƏ ANIM MƏRASİMİ…

14:45

***

Mərasimdə məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Vətənpərvərlik ruhunda mahnılar ifa olunub.

Eyni zamanda, müğənni-bəstəkar Ruslan Səfəroğlu Şəhidə həsr etdiyi mahnını ifa edib.

Bu zaman çox duyğulu, təsirli anlar yaşanıb.

Mərasim iştirakçıları göz yaşlarına boğulublar.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İntensiv qar yağacaq, şaxta olacaq-PROQNOZ

Read Next

Yoluxmada artım-854 nəfər – DAHA 19 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir