İkinci Vətən Müharibəsi Şəhidləri: AİLƏNİN TƏK ÖVLADI OLAN YUSİF BUDAQOV VƏ EVİN TƏK OĞLU OLAN TEYMUR MƏCİDZADƏ…BƏRDƏLİ ŞƏHİD ANASI İLƏ HƏR İKİ ŞƏHİDİN AİLƏSİ, OCAĞI ZİYARƏT OLUNDU…-FOTOLAR – YENİLƏNİB

Bu gün daha iki Şəhid ailəsini, iki Şəhid ocağını ziyarət etdik…

Daha iki İkinci Vətən Müharibəsi Şəhidinin ailəsində, ocağında olduq…

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi, evi-ailənin tək övladı, anası tərəfindən təkbaşına böyüdülən Elməddin Hüseynzadənin anası Arzu Hüseynova, Arzu xanımla Bakı şəhərinin İkinci Qarabağ Savaşı Şəhidlərindən olan Ysuif Budaqovun və Teymur Məcidzadənin valideynləri ilə görüşdük, bir araya gəldik…

Öncə Bakıda, Jurnalistlər binasında yaşayan Şəhid Yusif Budaqovun tək-tənha anası Lətafət Budaqovanı, Lətafət xanımı ziyarət etdik…

Bir daha ona Allahdan səbr və dözüm arzuladıq, bir daha “Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…

Bir daha Şəhidimizin ruhu qarşısında baş əydiyimizi bildirdik…

Şəhidimizin Dərdli, Yaralı anası ilə söhbətləşdik, dərdləşdik…

Birlikdə təsirləndik, kövrəldik, duyğulandıq…

Bu yerdə qeyd edim ki, 11 oktyabr 1997-cil təvəllüdlü Yusif Budaqov Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindəndir…

Evin-ailənin tək övladı idi…

Atası Şəhidliyindən bir il öncə dünyasını dəyişib…

Və anası ilə kirayədə yaşayıb…

İkinci Vətən Müharibəsi zamanı isə səfərbərliyə cəlb olunub, Vətən torpaqlarının işğaldan azad olunmasında iştirak edib…

Və oktyabr ayının sonlarına yaxın Füzuli istiqamətində qanlı döyüşlərdən birində Şəhidlik məqamına ucalıb…

Nəşi Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub…

Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

O, həm də subay olub…

Anası Lətafət xanım isə Yusifin Şəhidliyindən sonra tək-tənha yaşayır…

***

Şəhid Yusif Budaqovun anasını, ocağını ziyarətdən sonra digər Şəhidimiz, əslən Füzuli rayonunun Gecəgözlü kəndindən olan 1992-ci il təvəllüdlü Teymur Tehran oğlu Məcidzadənin valideynlərini-anası Yasəmən xanımı, atası Tehran kişini və bacısını ziyarət etdik…

Onlara da bir daha başsağlığı verdik, onlara da bir daha Böyük Yaradandan səbr və dözüm dilədik…

Onlara da “Şəhidimizin məqamı Ucalardan Uca olsun!”-dedik…

Bir saata yaxın çəkən ziyarətimiz zamanı Şəhidimizin valideynləri ilə söhbətləşdik, birlikdə Teymurunun qısa, lakin şərəfli həyat və döyüş yoluna nəzər saldıq…

Qürurlandıq, Fəxr etdik…

Hər anı, hər saniyəsi Qürur dolu bir ömür, yarım qalmış Şəhid ömrü…

Teymur ailənin iki övladından biri, evin tək oğlu olub…

Ali təhsilli olub, Leytenant rütbəsini daşıyıb…

Müharibənin ilk günündən son günlərinəcən, mayın 8-cən də döyüşlərdə olub…

Şuşaya qədər döyüş yolu keçib və Şuşa şəhəri işğaldan azad olunan gün, noyabrın 8-də Şuşa şəhərində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, noyabrın 9-da İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 5 medal və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

28 yaşında Şəhidlik məqamına yüksələn Teymur da subay idi…

Hər ikisinin-həm Yusif Budaqovun, həm də Teymur Məcizdadənin ruhları şad, dərgahları mübarək olsun!

Nur içində yatsınlar!

Allah ailələrinə bir daha və bir daha səbr versin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 28 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

“Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrin inkişafına böyük töhfə verəcək…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir