Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir İkinci Vətən Müharibəsi Şəhidinin anasına “Şəhid anası” medalı və vəsiqəsi təqdim olundu…
Bu gün-cəmi dəqiqələr öncə İsmayıllı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin tək və subay oğlu Fərid Hamlet oğlu Vəliyevin anası Rəna Sirac qızı Vəliyevaya Qubalı Şəhidlərimizdən Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdim…
Qeyd edim ki, bu günə kimi bir çox Şəhid anası “Vətən Naminə”nin “Şəhid anası” medalı və vəsiqəsi ilə təltif olunublar…
Bu dəfə isə İsmayıllılı Şəhidlərimizdən Fərid Əliyevin anasına ailə üzvlərinin və yaxınlarının iştirakı ilə sözügedən medal və vəsiqə təqdim olundu…
Şəhid Fərid Əliyevin anası Rəna Vəliyeva da öz növbəsində Tünzalə xanıma və “Vətən Naminə”yə minnətdarlığını ifadə etdi.
Eyni zamanda, belə bir nəcib addıma görə təşəkkürlərini dilə gətirdi.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az