İkinci Vətən Müharibəsində itkin düşən daha bir hərbçinin-Əli Yusifovun-NƏŞİ TAPILDI

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

Etikxeber.az-ın xəbərinə görə, 2020-ci ilin oktyabr ayında Fizuli rayonu uğrunda gedən düyüslər zamanı itkin düşən leytenant Yusifov Əli Sülhəddin oğlunun nəşi aşkar olunub.

Ə.Yusifovun atası Sülhəddin Yusifov isə APA-ya bildirib ki, bu gün rayon hərbi komissarlığından oğlunun nəşinin aşkar edildiyi haqqında məlumat veriblər.

6 aydır itkin düşən şəhid zabitimiz Ə.Yusifov NMR-in Şərur rayonunun Oğuz kəndindən olub.

Allah rəhmət eləsin!

Etikxeber.az

Read Previous

“Azad müəllimin vəziyyəti ağır olaraq qalır, ABŞ-dadır”-SƏMAYƏ MƏMMƏDOVA

Read Next

Son bir həftə…Daha üç önəmli hadisə-QALİB VƏ DASTAN YAZAN AZƏRBAYCAN!-JALƏ ƏLİYEVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir