İkinci Vətən Müharibəsinin 26 oktyabr Şəhidi-QIZILHACILILI İLKİN VƏLİYEV…- FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İlkin Səfail oğlu Vəliyevin Anım Günüdür.

İlkin Vəliyevin Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından bir il keçir.

Bir il öncə-bu gün, 26 oktyabr tarixində nəşi Qızılhaclı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, İlkin Vəliyev 1996-cı ilin mayın 18-də Qızılhacılıda sadə bir ailədə anadan olub.

Anasını vaxtsız itirən İlkinin atası Səfail Vəliyev də müharibə iştirakçısı, Birinci Qarabağ Savaşının, əfsanəvi Goranboy batalyonunun döyüşçülərindən olub.

İlkin 24 yaşında, oktyabr ayında ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Qeyd edək ki, İlkin xalası oğlu Nofəl Xaliq oğlu Nuriyev də İkinci Vətən Müharibəsi Şəhidlərindəndir.

Nofəl 2020-ci ilin senyabrında Şəhid olub, oktyabrın 10-da isə nəşi torpağa tapşırılıb.

Eyni zamanda, İlkinin yaxın dostu və sinif yoldaşı, Şəhid ailəsindən olan Kənan Ələkbərli də İkinci Vətən Müharibəsinin Şəhidlərindəndir.

Kənan isə oktyabrın 11-də Qızılhacılı qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Nofəl ailəli, 3 uşaq atası, Kənan nişanlı, İlkin isə subay olub.

Şəhidliyindən sonra bir neçə medallla təltif olunub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında İlkin Vəliyevin Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib, qısa çıxışlar edilib.

Çıxışlarda Şəhidin, Şəhidlərin İgidliyi və Qəhrəmanlığından bəhs edilib, onların tarixi Qələbə və Zəfərimizdəki xidmətləri vurğulanıb, İlkin Vəliyevin ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasimi keçirilib.

Bir daha ruhuna dualar oxunub.

Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, Şəhid ailələri, Qazilər, din xadimləri, məktəblilər, Goranboy rayon icra Hakimiyyətinin rəhbərliyi və digər şəxslər iştirak ediblər.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

12:35

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qurultayın qərarları yazıçı və şairlərimizin müasir təfəkkür tərzi ilə seçilən vətənpərvər ruhlu yeni nəsli önündə geniş üfüqlər açacaq, bütün yaradıcı ədəbi qüvvələrə dəstək olacaq”-İLHAM ƏLİYEV

Read Next

Hava sabah necə-OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir