İkinci Vətən Müharibəsinin 28 oktyabr Şəhidləri: GƏNCƏLİ, 3 ÖVLAD ATASI HACI RAUF VƏ İMİŞLİLİ, QARDAŞLARINDAN BİRİ QAZİ, BİRİ MÜHARİBƏ İŞTİRAKÇISI OLAN ELNUR BAYRAMOV…-FOTOLAR

Bu gün daha bir neçə İkinci Vətən Müharibəsi Şəhidinin Anım Günüdür.

Gəncə şəhərindən oln Rauf Vaqif oğlu Əsgərov (Hacı Rauf) və İmişli rayonunun Şahverdili kəndindən olan Elnur Şəmsi oğlu Bayramovun bu gün Əbədiyyətə uğurlandığı, torpağa tapşırıldığı gündür.

Onların Əbədiyyətə uğurlanmalarından, Şəhidliklərindən iki il keçir.

Etikxeber.az-ın xəbərinə görə, Hacı Rauf 1978-ci ilin 2 noyabr, Elnur Bayramov 1992-ci ilin 25 yanvar tarixində dünyaya gəliblər.

Hacı Raufgil ailədə bir neçə uşaq olublar.

Elnur Bayramov isə 3 qardaşdan biri idi.

Hacı Rauf ailəli, 3 övlad atası, Elnur Bayramov isə subay olub.

Hacı Rauf ali təhsilli, vəzifə sahibi, Elnur Bayramov orta təhsilli idi.

Hər ikisi də İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə olublar.

Hacı Rauf Füzuli, Elnur Bayramov isə Daşaltı-Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olublar.

Elnur Bayramovun digər iki qardaşı-Xalid və Elbəyi də İkinci Vətən Müharibəsində iştirak ediblər. Qardaşlarından biri həm də Qazidir.

Hacı Rauf Gəncə şəhər Şəhidlər Xiyabanında, Elnur Bayramov isə Şahverdili kənd qəbiristanlıöında Əbədiyyətə uğurlanıb.

Hər ikisi Şəhidliklərindən sonra bir neçə medalla təltif ediliblər.

Elnur Bayramov həm də Şahverdilinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

***

Anım günləri ilə bağlı bu gün Hacı Raufun Gəncə şəhər Şəhidlər Xiyabanında, Elnur Bayramovun isə Şahverdili kənd qəbiristanlığında məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, ailələrinə Allahdan səbr və dözüm arzulanıb.

Sonra hər iki Şəhidlə bağlı Gəncədə və Şahverdili kəndində Anım mərasimləri düzənlənib, adlarına ehsan süfrəsi açılıb.

Bir daha ruhlarına dualar edilib.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimlərində ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məkanları cənnətlik, məqamları Uca olsun!

Nur içində yatsınlar!

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Prezident Rusiya Baş nazirinin birinci müavinini-QƏBUL ETDİ – FOTO

Read Next

Xalq artisti Rauf Abdullayev 1-ci dərəcəli “Əmək” ordeni ilə-TƏLTİF EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir