İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalmış Suşada Şəhid olan-“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ ELMƏDDİN NURZALIYEVİN MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ…- FOTO-VİDEO – YENİLƏNİB – (1)

Rüstəm XƏLİLOV: “Torpaqlarımız işğal altında olan vaxtlar başıuca gəzə bilmirdik, üzərimizdə qara bir ləkə vardı. Şəhidlərimiz, Qazilərimiz İkinci Vətən Müharibəsi zamanı üzərimizdəki ləkəni təmizlədilər, torpaqlarımızı işğaldan azad etdilər. İndi başıuca, alnıaçıq gəzirik

Bu gün Hacıqabul rayon qəbiristanlığındakı Şəhidlər məzarlığında 3 medallı və “Azərbaycan Bayrağı” ordenli Şəhid Elməddin Nurzalıyevin məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, 2020-ci ilin 9 noyabrında, axşam saatlarında, İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalımş Şuşa şəhərində qəhrəmancasına həlak olan Şəhid Elməddin Nurzalıyevin bu gün Anım Günüdür.

Bir neçə il öncə anasını vaxtsız itirmiş, tək qardaşı Məhəmmədlə xalasının qəyyumluğunda yaşamış Elməddin Nurzalıyevin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Eyni zamanda, Şəhidin yaşadığı evdə Anım mərasimi başlayıb, ehsan süfrəsi açılıb.

Anım mərasimində Şəhidin tək qardaşı Məhəmməd Nurzalıyev, yaxınları, qonşuları, Hacıqabuldan olan Şəhid ailələri, Qazilər, hərbçilər, Hacıqabul rayon rəhbərliyi və digər şəxslər iştirak ediblər.

Bir daha Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunub.

12:30

***

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Şəhidin qardaşına və əzizlərinə səbr diləyib, başsağlığı verib.

Eyni zamanda qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və Azərbaycan oğullarının İgidliyi, Qəhrəmanlığı sayəsində 44 gün ərzində 32 illik qanlı Qarabağ münaqişəsinə son qoyuldu, düşmən üzərində Qələbə və Zəfər əldə edildi.

“Qələbə və Zəfərin əldə edilməsində Hacıqabulluların, 25 Şəhidimizin də zəhməti, xidməti var. Onlar da Qələbə və Zəfərimizə öz töhfələrini veriblər. Torpaqlarımız işğal altında olan vaxtlar başıuca gəzə bilmirdik, üzərimizdə qara bir ləkə vardı. Şəhidlərimiz, Qazilərimiz İkinci Vətən Müharibəsi zamanı üzərimizdəki ləkəni təmizlədilər, torpaqlarımızı işğaldan azad etdilər. İndi başıuca, alnıaçıq gəzirik. Cünki Qalib dövlətik, Qalib xalqıq. Qələbə və Zəfərimizdə böyük xidmətləri olan Şəhidlərimizin, Elməddinlərin ruhları qarşısında baş əyirik!”-deyə, Rüstəm Xəliov sözlərinə əlavə edib.

Anım mərasimi 3 saatdan çox çəkib.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Allah tək qardaşına və əzizlərinə səbr versin!

14:50

FOTOLAR:

ANIM MƏRASİMİ…

HACIQABUL RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RÜSTƏM XƏLİLOV VƏ RAYON RƏHBƏRLİYİ…

***

ŞƏHİD QARDAŞI… HƏLƏ DƏ QARDAŞININ YOLUNU HƏSRƏTLƏ GÖZLƏYƏN MƏHƏMMƏD NURZALIYEV…

MƏZARININ ZİYARƏTİ…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İlin sonuna kimi bizim postpandemiyadan əvvəlki ÜDM-ə qayıtmağımız nəzərdə tutulub”-MALİYYƏ NAZİRİ BELƏ İDDİA ETDİ

Read Next

“Qiymət siyasətində səhvlər məhsulun, malın qıtlığına gətirib çıxarır…”-MİKAYIL CABBAROV BAHALAŞMADAN DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir