İkinci Vətən Müharibəsinin ilk Şəhidlərindən biri və Bərdənin lik Şəhidi-27 SENTYABR ŞƏHİDİ – MAXE, SUBAY TURQUT FİKRƏT OĞLU ZEYNALOV – FOTOLAR

Bu gün Qəhrəman Bərdə rayonunun ilk İkinci Vətən Müharibəsi Şəhidi Turqut Fikrət oğlu Zeynalovun ailəsini ziyarət etdim…

Bərdəli (həm də Suraxanılı) Şəhid Fəxri Qəribzadənin bibisi (həm də bacısının qayınanası) Sona xanımla birlikdə Turqut Zeynalovun ailəsinə baş çəkdim…

Qeyd edim ki, bu, mənim Turqut Zeynalovun ailəsini, ocağını üçüncü ziyarətim idi…

Bundan öncə iki dəfə-Bərdəli, Kürdəmirli Şəhid anaları və Goranboylu Qazilərlə ailəsinə, ocağına baş çəkmişdim…

Eyni zamanda, bu ilin avqustunda Cənnətdəki ikinci doğum günü ilə bağlı təşkil edilən mərasimdə iştirak etmişdim…

Ziyarət zamanı bir daha ailəsinə başsağlığı verdim, bir daha onlara Allahdan səbr və dözüm arzuladım…

Bir daha ruhu qarşısında baş əydiyimi bildirirdim, bir daha “Şəhidimizin məkanı cənnətlik, dərgahı mübarək olsun!”-dedim…

Bir daha Şəhidimizin ailə üzvləri – valideynləri-anası Zübeydə xanım və atası Fikrət kişi ilə söhbətləşdim, dərdləşdim, onlara təsəlli verməyə çalışdım…

Təsirli, kövrək anlar yaşadım, yaşandı…

Onu da qeyd edim ki, Bərdənin ilk İkinci Vətən Müharibəsi Şəhidi olan MAXE Turqut Zeynalov 1996-cı ilin avqust ayının 20-də Bərdə şəhərində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin 4 övladından biri və subay oğlu olub…

Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərən Turqut Zeynalov İkinci Vətən Müharibəsinin elə ilk günündə, sentyabrın 27-də-Suqovuşan istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra Bərdə rayon Şəhidlər Xiyabanında dəfn edilib…

Şəhidliyindən sonra bir neçə medallat təltif olunub...

***

Sabah Turqutun Şəhidliyinin ikinci ildönümüdür…

Səhər saatlarında məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq…

Sonra isə yaşadığı evin həyətində Anım mərasimi keçiriləcək, adına ehsan veriləcək, bir daha ruhuna dualar ediləcək…

Məqamı Uca olsun, məzarı Nurla dolsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

27 sentyabr-Anım Günü… Bərdə Şəhidləri…Bərdə Şəhidlər Xiyabanı…-FOTOSESSİYA

Read Next

“Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq…”-İlham Əliyevlə Mehriban Əliyeva 27 sentyabr-Anım Günündə -FÜZULİ VƏ ŞUŞADA…- FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir