İkinci Vətən Müharibəsinin Şəhidləri: BU GÜN NƏŞİ 63 GÜNDƏN SONRA ƏBƏDİYYƏTƏ UĞURLANAN MİNGƏÇEVİRLİ ŞƏHİD TELMAN ALLAHVERƏNOVUN ANIM GÜNÜDÜR, KÜRDƏMİRLİ ŞƏHİD ÜLVİ AZAYEVLƏ AĞCABƏDİLİ ŞƏHİD NURLAN QULİYEVİN İSƏ CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNLƏRİDİR…-FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım Günü və Cənnətdəki üçüncü doğum günüdür.

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Telman Fazil oğlu Allahverənovun Əbədiyyətə uğurlanmasından iki il keçir, Ağcabədi rayonunun Qaraxanlı kəndindən olan Nurlan Şükür oğlu Quliyev və Kürdəmirin Ərəbqubalı kəndindən olan Ülvi Maqsud oğlu Azayevin isə Cənnətdəki üçüncü doğum günüdür.

Etikxeber.az xəbər verir ki, əslən Qubadlılı, özü isə Mingəçevirli olan Telman Allahverənov 1995-ci ilin iyulun 7-də, Ağcabədi rayonunun Qaraxanlı kəndindən olan Nurlan Quliyev 1995-ci ilin, Kürdəmirin Ərəbqubalı kəndindən olan Ülvi Azayev isə 2001-ci ilin 4 dekabr tarixində dünyaya gəliblər.

Hər üç Şəhid də orta təhsilli olublar.

Telman Allahverənov ailənin 3 övladından biri və tək oğul, Nurlan Quliyev evin 4 övladından-3 qardaşdan biri, Ülvi Azayev isə 3 qardaşdan biri olub.

Telman Allahverənov İkinci Vətən Müharibəsindən bir neçə gün öncə səfərbərliyə cəlb olunub, Ülvi Azayev Azərbaycan Ordusunun Əsgəri, Nurlan Quliyev isə hərbçi-MAXE kimi İkinci Qarabağ Savaşında iştirak edib.

Telman Allahverənov oktyabr ayının 1-də, Suqovuşan istiqamətində Şəhid olub, ancaq nəşi 63 gündən sonra ailəsinə təhvil verilib və Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib

Nurlan Quliyev uzun illər öncə, körpə yaşlarında atasını itirib.

Anası-anaları Zülfiyyə xanım onlara həm analıq, həm də atalıq edib

Nurlan Quliyev  noyabrın 1-də Daşaltı-Şuşa istiqamətində döyüşlərdən birində Şəhidlik məqamına yüksəlib və onun nəşi 4 gün sonra, noyabr ayının 5-də Qaraxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ülvi Azayev isə oktyabrın 4-də Ağdərə istiqamətində Şəhidlik məqamına ucalıb.

Nəşi doğulub boya-başa çatdığı Ərəbqubalı kəndində torpağa tapşırılıb.

Şəhidliklərindən sonra hər üç Şəhid medallarla təltif olunublar.

Nurlan Quliyev həm də bu ilin noyabr ayının 5-də Ali Baş Komandan tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Telman Allahverənovla Nurlan Quliyev nişanlı, Ülvi Azayev isə subay idi.

Həmçinin, Ağcabədinin Qaraxanlı kəndində Nurlan Quliyevin adını daşıyan küçə var.

Ailəsi eyni zamanda, Qaraxanlı kənd məktəbinə Nurlan Quliyevin adının verilməsini istəyir.

***

Telman Allahverənovun Anım Günü ilə bağlı bu gün səhər saatlarında Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı, Cənnətdəki üçüncü doğum günləri ilə əlaqədar Nurlan Quliyevin Qaraxanlı kənd qəbiristanlığındakı, Ülvi Azayevin isə Ərəbqubalı kənd qəbiristanlığındakı məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, qısa çıxışlar edilib.

Şəhidlərin ailələrinə Allahdan səbr dözüm arzulanıb, Nurlan Quliyevlə Ülvi Azayevin Cənnətdəki üçüncü doğum günləri təbrik olunub.

Sonra Mingəçevir şəhərində, ailəsinin yaşadığı evdə Telman Allahverənovla bağlı Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb.

Eyni zamanda, Kürdəmir-Ərəbqubalıda, ailəsinin yaşadığı evdə Ülvi Azayevin, Ağcabədi-Qaraxanlıda, ata ocağında isə Nurlan Quliyevin Cənnətdəki üçüncü doğum günləri ilə bağlı adlarına ehsan verilib.

Bir daha Şəhidlərin ruhlarına dualar olunub.

Şəhidlərin məzarlarını ziyarətdə və hər üç Şəhidlə bağlı düzənlənən tədbirlərdə ailə üzvləri, Mingəçevir, Kürdəmir, Ağcabədi, Bərdə və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, yerli İcra hakimiyyətlərinin məsul şəxsləri iştirak ediblər.

Məkanları cənnətlik, məqamları Uca, Nurlan Quliyevlə Ülvi Azayevin icə Cənnətdəki üçüncü doğum günləri mübarək olsun!

Nur içində yatsınlar!

12:58

***

FOTOLAR:

17:40

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Jalə Əliyevaya ağır itki üz verdi, 35 illik ömür-gün yoldaşını itirdi: “HƏSRƏT HEÇ BİTMƏDİ Kİ…”

Read Next

Külək bu ölkədə yüz mindən artıq evi-İŞIQSIZ QOYDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir