İkram İsrafil Muxtar Babayevin “dairəsi”ndən namizədliyini irəli sürəcək

3-cü çağırış Milli Məclis (MM) dövründə Müsavat Partiyasını parlamentdə təmsil edən 4 millət vəkilindən biri-İkram İsrafil yenidən seçkilərdə iştirak qərarı verib.

Etikxeber.az-ın xəbərinə görə, İ. İsrafil  növbəti dəfə də namizədliyini Sumqayıt şəhərindən, 43 saylı Sumqayıt 3 cü seçki dairəsindən verməyi qərarlaşdırıb.

O, “43 saylı Sumqayıt 3 cü seçki dairəsindən namizədliyimi irəli sürmək barədə qərarımı verdim. Bu ağır və məsuliyyətli işimizdə Tanrı yardımçımız olsun”-deyə, bildirib.

Qeyd edək ki, həmin dairədən sonuncu dəfə hazırda ekologiya və təbii sərvətlər naziri olan Muxtar Babayev millət vəkili seçilib.

O, 2018-ci ilin aprelində nazir təyin edildiyi üçün deputatlıqdan gedib və onun parlamentdəki kürsüsü boş qalıb.

Etikxeber.az

Read Previous

Sabir Rüstəmxanlı da seçkilərə gedir – VHP RAFAEL HÜSEYNOVLA FƏZAİL İBRAHİMLİNİ DƏSTƏKLƏYƏCƏKMİ?

Read Next

Tahir Mirkişili “Avronest”də Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldırdı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir