“İlham Əliyevə qarşı mənfi münasibətləri, Mehriban Əliyevaya qarşı antipatiyaları…”-DEPUTAT YENİDƏN KƏSKİN DANIŞDI

Millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı sabiq Səhiyyə naziri, Haqq və Ədalət Partiyasının (HƏP) lideri Əli İnsanov və Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevə qarşı yeni iddia ilə çıxış edib.

Etikxeber.az-ın xəbərinə görə, o, iddiasını hazırda da davam edən “Yeni Müsavat”ın canlı debatında dilə gətirib.

Qeyd edib ki, bu iki şəxs arasında hansısa gizli əlaqələr və münasibətlər var.

Lakin onun sözlərinə görə, R. Mehdiyev özündə cəsarət tapıb, Ə. İnsanovun yanında özünü göstərə bilməz.

F. Ağamalı bildirib ki, PA-nın sabiq rəhbəri kifayət qədər ehtiyatlı və qorxaq insandır.

“Ancaq onları birləşdirən dövlət başçısı cənab İlham Əliyevə qarşı mənfi münasibətləri, Mehriban xanım Əliyevaya qarşı antipatiyalarıdır. Bu, əslində dövlətə qarşı çıxmaq deməkdir…”-deyə, F. Ağamalı sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Ancaq həmin gün də uzaqda deyil…”-ELXAN ŞAHİNOĞLU

Read Next

İlham Əliyev “Azərenerji”nin yenidən qurulan “8-ci km” yarımstansiyasının-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir