“Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək…”-İlham Əliyev Əbdüllətif Camal Rəşidlə təkbətək VƏ GENİŞ TƏRKİBDƏ GÖRÜŞDÜ, SƏNƏDLƏR İMZALANDI – FOTOLAR – YENİLƏNİB – (6)

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İraq Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İraq Prezidentinə raport verdi.

Prezident Əbdüllətif Camal Rəşid Azərbaycan əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İraq Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti İraq Prezidentinə, İraq nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

***

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü keçirilib.

***

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə geniş tərkibdə görüşü olub.

12:48

***

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər.

***

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İraq Respublikasının əmək və sosial işlər naziri Əhməd Cassim Sabir Əl-Əsədi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İraq Respublikasının Turizm Xidmətinin rəisi Zafer Mahdi “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İraq Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İraq Respublikasının Mülki Aviasiya Baş İdarəsinin rəisi İmad Əl-Əsədi “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i imzaladılar.

13:58

***

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin şərəfinə rəsmi nahar verilib.

14:44

***

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü keçirilib.

Dövlətimizin başçısı İraq Prezidentinin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində Azərbaycana səfərini və keçirdikləri görüşü məmnuniyyətlə xatırladı. İraq Prezidentinin ölkəmizə ilk dəfə rəsmi səfərə gəlməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu səfərin və səfər zamanı aparılacaq müzakirələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.

Dövlətimizin başçısı İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını dedi.

İraq Prezidenti Azərbaycan ilə əlaqələrin daha da inkişafında əzmli olduqlarını vurğuladı, səfər çərçivəsində imzalanacaq sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirdi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəklədiyi məmnunluqla vurğulandı, Azərbaycanın və İraqın işğaldan əziyyət çəkdiyi, amma bu vəziyyətin keçmişdə qaldığı qeyd edildi.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadiyyat, energetika, mədəniyyət, elm, təhsil və turizm sahələrində əməkdaşlıq məsələlərinin inkişafı üçün əlverişli imkanların olduğu bildirildi.

15:36

***

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə geniş tərkibdə görüşü olub.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

– Cənab Prezident, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz.

Biz artıq cənab Prezidentlə əməkdaşlığımız, regionlarımızda siyasi proseslərlə bağlı müxtəlif məsələlərə dair çox yaxşı müzakirə apardıq. İndi isə biz nümayəndə heyətlərinin iştirakı ilə vacib məsələlərin müzakirəsini davam etdirəcəyik. Gələn ay bizim nümayəndə heyəti birgə iqtisadi komissiyada iştirak etmək üçün İraqa səfər edəcək. Biz artıq ticarət, iqtisadi və enerji gündəliyimizlə bağlı məsələləri qismən müzakirə etdik.

Beləliklə, ilk növbədə, biz cənab Prezidenti Azərbaycana rəsmi səfərdə qəbul etməkdən çox şadıq. Bu, ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir. Bu, Azərbaycan müstəqil ölkə olandan bəri İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək. Beləliklə, indi biz iqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirəsini davam etdirəcəyik.

Əminəm ki, bu, həmçinin gələn ay Bağdadda keçiriləcək görüşün yaxşı nəticələrinə müsbət töhfə olacaq. Cənab Prezident, bir daha xoş gəlmisiniz.

x x x

Prezident Əbdüllətif Camal Rəşid çıxış edərək dedi:

– Təşəkkür edirəm, cənab Prezident, Sizi görmək hər zaman xoşdur. Əlaqələrin gücləndirilməsi, ticarət, siyasət, eləcə də beynəlxalq məsələlərə dair Sizdən məsləhət almaq çox yaxşı haldır. Biz iki ölkə arasında əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik. Gələn ay sizin nümayəndə heyətini qəbul etməyi gözləyirik və ümidvaram ki, o, çox səmərəli olacaq.

Azərbaycana bütün səfərlər səmərəli olur. Bu gün bizim nümayəndə heyətlərimiz iki ölkə arasında bəzi anlaşma memorandumlarının imzalanmasına hazırdır.

Etikxeber.az

Read Previous

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi növbəti təlimlərinə-YEKUN VURDU – FOTOLAR

Read Next

Əslən Kəlbəcərli və Mingəçevirin sonuncu beş Şəhidindən biri-19 YAŞLI CAHANGİR QURBAN OĞLU TAĞIZADƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir