İlham Əliyev böyük fərqlə öndədir – İLKİN NƏTİCƏLƏR – YENİLƏNİB

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

Etikxeber.az-ın xəbərinə görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə “exit-poll” aparılıb:

“80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. “Exit-poll” uğurla başa çatdı”.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin apardığı “exit-poll”un nəticələri aşağıdakı kimidir:

ALIYEV_SEC

İlham Əliyev – 82,71 faiz

Zahid Oruc – 3,7 faiz

Araz Əlizadə – 1,87 faiz

Qüdrət Həsənquliyev – 4,23 faiz

Fərəc Quliyev – 1,33 faiz

Hafiz Hacıyev – 2,1 faiz

Razı Nurullayev – 0,92 faiz

Sərdar Cəlaloğlu – 3,56 – faiz

***

Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

Nəticələr aşağıdakı kimidir:

Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev – 86,53%;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,10%;

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 2,92%;

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 2,81%;

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1, 73%;

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,21 %;

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1, 03%;

“Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0, 67%;

“Exit-poll” Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.

Etikxeber.az

 

Read Previous

Səsvermə başa çatdı

Read Next

Növbəti 7 il Azərbaycanda inkişafın yeni mərhələsi olacaq – ƏLİ ƏHMƏDOV – FOTO -YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir