İlham Əliyev Britaniya kraliçasını və Portuqaliya prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib.

Etikxeber.az-ın xəbərinə görə, məktubda deyilir:

“Ülyahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

***

İ. Əliyev eyni zamanda, Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Susaya məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Portuqaliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim sülh və rifah arzulayıram”.

Etikxeber.az

Read Previous

Tatlısəs 13 milyonluq təklifdən imtina etdiyini təsdiqlədi və…

Read Next

“Məktəblilərə tərdən qurtulmaq üçün ödənişsiz əsaslarla kitayski yelpik verilməlidir…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir