İlham Əliyev – ÇİNDƏ – FOTOLAR – YENİLƏNİB – (1)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Çinin xarici işlər nazirinin müavini Zang Hanhui və digər rəsmi şəxslər qarşıladılar.

çin-ilya

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “ZTE” Korporasiyasının sədri Li Zixue ilə görüşüb.

zte

İlham Əliyev aprelin 24-də həmçinin Pekində “CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb.

zte-1

***

Görüşdə Vu Mançin “CETC” Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini bildirdi.

O, bu sahədə Azərbaycan ilə əməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını vurğuladı, əlaqələrin inkişaf etdiyini bildirdi.

Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır.

Dövlət başçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığın yarandığını bildirdi və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd etdi.

Etikxeber.az

Read Previous

“Erməni soyqırımı”nı sübuta yetirən fakt yoxdur – ƏLİ ƏHMƏDOV – FOTOLAR – YENİLƏNİB

Read Next

Biçarə şəhər…İçəri şəhər…Bir azdan da Köçəri şəhər… – DEPUTAT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir