Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı beynəlxalq ictimaiyyətin gözü önündə növbəti dəfə yerində oturtdu. Bu cür davam etsə, Nikol Paşinyan Prezident İlham Əliyevin iştirak etdiyi tədbirlərə qatılmağa yəqin ki, ürək etməyəcək.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində baş verənlərə toxunarkən bildirib.
“İlham Əliyev dedi: “Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”. Bu cür davam etsə, Nikol Paşinyan Prezident İlham Əliyevin iştirak etdiyi tədbirlərə qatılmağa yəqin ki, ürək etməyəcək. Adamda nə nüfuz qaldı, nə hörmət. Hakimiyyətə gələndən artıq 4-cü dəfədir ki, düşmən elan etdiyi dövlətin rəhbəri tərəfindən yerlə-yeksan edilir…”-deyə, o, əlavə edib.
Etikxeber.az