İlham Əliyev Petr Paveli-TƏBRİK ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu göndərib.

Etikxeber.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Çexiya arasında dostluq münasibətlərinin genişlənməsi, əməkdaşlığımızın inkişafı üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

Etikxeber.az

Read Previous

Evin-ailənin tək və subay oğlu, 22 yaşının tamamından cəmi bir həftə sonra Şəhadətə ucalan-BƏRDƏLİ ELYAZ QARAYEVİN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL KEÇİR…

Read Next

“Kəşmir məsələsində Azərbaycan Pakistanın yanında olduğu kimi, Ermənistan məsələsində də Pakistan Azərbaycanın yanındadır”-ŞAMŞAD MİRZA – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir