İlham Əliyev Qaraqalpaqstandakı hadisələrlə bağlı Özbəkistan Prezidentinə öz dəstəyini ifadə etdi, Azərbaycanın həmişə olduğu kimi, Özbəkistanın-YANINDA OLDUĞUNU BİLDİRDİ

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

Etikxeber.az-ın xəbərinə görə, dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Şavkat Mirziyoyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti dövlət səfəri zamanı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib, Özbəkistan Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Dövlət başçıları məmnunluq hissi ilə qeyd ediblər ki, Azərbaycan Prezidentinin səfəri zamanı əldə olunmuş bütün razılıqlar icra edilir. Vurğulanıb ki, səfərdən bir ay vaxt keçməsinə baxmayaraq, ticarət, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat sahələri ilə bağlı müvafiq dövlət orqanlarının rəhbərlərinin qarşılılıqlı səfərləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar razılığa gəlinib. Qeyd olunub ki, avqustun əvvəlində Daşkənddə Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının növbəti iclası və Azərbaycan, Özbəkistan, Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşləri keçiriləcək.

Söhbət zamanı Prezident İlham Əliyev bu yaxınlarda Qaraqalpaqstanda baş vermiş hadisələrlə bağlı Özbəkistan Prezidentinə bir daha öz dəstəyini ifadə edib və Azərbaycanın həmişə olduğu kimi, Özbəkistanın yanında olduğunu bildirib.

Şavkat Mirziyoyev bu dəstəyə görə təşəkkürünü ifadə edib.

Söhbət zamanı əməkdaşlığımızın gələcək inkişaf perspektivləri və dövlət başçıları arasında təmaslarla bağlı fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Ailənin üç övladından biri, iki bacının tək qardaşı, MAXE-ŞƏHİD SAHİL RƏSULOVUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ, 23 YAŞININ TAMAM OLMASI İLƏ BAĞLI MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (6)

Read Next

Daha 333 yeni yoluxma-ÖLÜM FAKTI İSƏ QEYDƏ ALINMAYIB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir