İlham Əliyev Qazax və Şəmkirdə-AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (5)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazaxda “Venzana” mebel fabrikinin açılışında iştirak edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi” çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Şəmkir rayonuna səfər edib.

Dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərində ucaldılmış abidəsini ziyarət edib.

***

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib.

Etikxeber.az

Read Previous

Şəhid Bəxtiyar Aslanovun anası ölkə rəhbərliyinə səsləndi: “BALAMIN, ŞƏHİDİMİN UCA ADI İLƏ DƏLƏDUZLUQ ƏMƏLİNƏ YOL VERƏN ŞƏXS VƏ ŞƏXSLƏR ARTIQ CƏZALANDIRILSIN!”

Read Next

Sabah hava necə-OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir