İlham Əliyev Rusiya FTX-nın direktorunu-QƏBUL ETDİ – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu qəbul edib.

Etikxeber.az xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə bölgədə mövcud vəziyyət, münaqişənin həlli, üçtərəfli Bəyanatın müddəalarının icrası müzakirə edilərək, vəziyyətin sabit olduğu bildirilib.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Prezident İlham Əliyev Rusiya dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

Etikxeber.az

Read Previous

1113 hərbi qulluqçu “Döyüşdə fərqlənməyə görə”, 5449 hərbi qulluqçu isə “Cəsur döyüşçü” medalı ilə-TƏLTİF EDİLDİLƏR – SƏRƏNCAMLAR

Read Next

“Dağlıq Qarabağ münaqişəsi barədə biz keçmiş zamanda danışmalıyıq: Bu, artıq tarixdir”- İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında-ÇIXIŞ ETDİ – YENİLƏNİB – (3) – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir