İlham Əliyev Şavkat Mirziyoyevə-ZƏNG ETDİ

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

Etikxeber.az xəbər verir ki, dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona Özbəkistanın inkişafı naminə fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq münasibətlərinin sürətli inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Dövlət başçıları əlaqələrimizin bundan sonra da hərtərəfli inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, yaxın gələcəkdə Şavkat Mirzizoyevin Azərbaycana dövlət səfərinin gözlənildiyi vurğulanaraq, bu səfərin əlaqələrimizin inkişafında növbəti mərhələ olacağına əminlik ifadə edilib.

Etikxeber.az

Read Previous

Bu yollarda tıxac var-BAKIDA…

Read Next

“30 ildir yolunu gözləyirəm…Gözləyirəm ki, bir gün qayıdıb gələcək, qapını döyüb, içəri girəcək…”- FÜZULİLİ MƏZARSIZ-İTKİN ŞƏHİD TARİYEL QƏNBƏROVUN ANASI ZEYNƏB QƏNBƏROVA – BU GÜN ŞƏHİDİN ANIM GÜNÜDÜR – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir