İlham Əliyev Seneqal dövlət başçısını-TƏBRİK ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seneqal Respublikasının Prezidenti Maki Salla məktub göndərib.

Etikxeber.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

İnanıram ki, Azərbaycan-Seneqal münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafeləri naminə bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Seneqal xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Etikxeber.az

Read Previous

Prezident “Azəri-Mərkəzi-Şərqi”n üst modullarının dənizə rəmzi yola salınması-MƏRASİMİNDƏ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Oktyabrın 3-də yazmışdı ki, ana, neçə gündür yuxusuzam, ac-susuzam, yatıb-dincəlim, sonra daha geniş yazacağam…Bu, onunla sonuncu yazışmamız oldu…”-AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, SUBAY, XÜSUSİ TƏYİNATLI ƏLİ SEYİDOVUN ANASI LALƏ SEYİDOVA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir