Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi növbəti doğum günü-56 yaşının tamam olması münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, Azərbaycan naminə yorulmaz fəaliyyətində yeni nailiyyətlər, yeni zəfərlər arzulayıram”.
Etikxeber.az xəbər verir ki, bunu Əməkdar məşqçi, professor, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müşaviri Yusif Babanlı dilə gətirib.
O, bildirib ki, İ. Əliyevin keçdiyi şərəfli ömür yolu hər bir azərbaycanlı üçün məktəbdir, örnəkdir.
“Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev hakimiyyətdə olduğu 14 il ərzində Azərbaycanı dünyanın aparıcı və lider dövlətinə çevirib. Bu gün Azərbaycan İlham Əliyevin yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində dünyanın söz və nüfuz sahibi olan, hesablaşdığı dövlətlərdən biridir. Azərbaycanın iştirakı və razılığı olmadan bölgədə hər hansı bir layihə həyata keçirilmir, bu, mümkün də deyil. Məhz Azərbaycanın xeyir-dua verdiyi regional və beynəlxalq layihələr həyata keçirilir və qürur hissi ilə də demək olar ki, uğurla icra olunur. Elə bugünlərdə təntənəli açılış mərasimi keçirilən “Bakı-Tblisi-Qars” dəmiryolu həmin layihələrdən biri kimi misal göstərilə bilər. “Bakı-Tblisi-Ceyhan”, “Bakı-Tblisi-Ərzurum” və digər möhtəşəm layihələr kimi bu layihə də məhz Azərbaycanın, xüsusilə, İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində reallaşdırılıb.
Azərbaycan bu gün dünyanın ən önəmli, ən aktual məsələlərinin müzakirə olunduğu siyasi və mədəni dialoq məkanıdır.Ölkəmiz cəmi son bir neçə il ərzində regional və beynəlxalq əhəmiyyətli, yüksək səviyyəli siyasi,iqtisadi,humanitar toplantılara, forumlara, idman və musiqi yarışlarına uğurla və layiqincə evsahibliyi edib. Eyni zamanda, 2008-ci ildən bəri dünyanı başına götürən maliyyə və iqtisadi kataklizmlərin hələ də davam etməsinə, bir-birini əvəzləyən münaqişə ocaqlarının mövcudluğuna baxmayaraq, Azərbaycan bölgənin və dünyanın həm iqtisadi, həm siyasi, həm sabitlik, həm də təhlükəsizlik adasına çevrilib.
Azərbaycan bu gün həm də dünyanın milli və dini tolerantlıq mərkəzidir. Yəni, Azərbaycanımızın uğurları, nailiyyətləri, qələbələri, zəfərləri gündən-günə artmaqda və bunların davamı gəlməkdədir. Heç şübhəsiz ki, bunların da kökündə, mahiyyətində İlham Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasət kursu, müstəqil dövlət siyasəti dayanır. Bu baxımdan inanıram və tam əminəm ki, İlham Əliyev siyasəti, İlham Əliyev idarəçiliyi hələ uzun illər davam edəcək və Azərbaycanımızı qeyd etdiyim ki, zəfərlərdən zəfərlərə qovuşduracaq. Cənab Prezident Sizə bir daha Azərbaycan naminə fəaliyyətinizdə uğurlar arzulayır, doğum gününüz bir daha mübarək olsun deyirəm”– deyə, Y. Babanlı sonra qeyd edib
Etikxeber.az