Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Etikxeber.az xəbər verir ki, paylaşılan fotonun üzərində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!” sözləri yazılıb.

***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
Əziz bacılar və qardaşlar!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Qoy, dünya azərbaycanlılarını hər zaman Vətənimizə olan ən nurlu, ən xoş hisslər, ölkəmizin uğurları, nailiyyətləri və qələbələri ilə qürur hissi birləşdirsin. Uca Tanrıdan hər bir vətəndaşımıza möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə isə sülh, tərəqqi və əmin-amanlıq diləyirəm”.

Etikxeber.az




