İlham Əliyev və Mehriban Əliyeva helikopter qəzasında həlak olanların ailələrinə-BAŞSAĞLIĞI VERDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Etikxeber.az-ın xəbərinə görə, başsağlığında deyilir:

“2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!”

Etikxeber.az

Read Previous

“Vətən müharibəsi dövründə Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi davamlı dəstəyə və qardaş mövqeyinə görə bir daha minnətdarıq”-İLHAM ƏLİYEV – FOTO

Read Next

Daha 1678 yeni yoluxma-DAHA 23 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir