İlham Əliyev: “Yadımdadır, ilk dəfə o yerlərdə olanda, orada heç nə yox idi…”

Şahdağ” Turizm Mərkəzi bu gün dünya miqyasında öz gözəlliyi, rahatlığı, yaradılmış şəraiti ilə fərqlənir“.

Etikxəbər.az xəbər verir ki, bunu ölkə prezidenti İlham Əliyev Qusar rayonuna səfəri zamanı keçirdiyi görüşlərindən birində çıxışı edərkən deyib.

“…Yadımdadır, ilk dəfə o yerlərdə olanda, orada heç nə yox idi – heç bir infrastruktur, yol, işıq, qaz, su, çılpaq dağlar idi. İndi isə dünya səviyyəli beynəlxalq kurort yaradılıb, 5 otel fəaliyyət göstərir, minlərlə rayon sakini işlə təmin edilib və hər il buraya 10 minlərlə turist gəlir, həm ölkə daxilindən, həm də xaricdən”-deyən prezident qeid edib ki, artıq insanlara şərait yaradılıb:

Azərbaycanda, ümumiyyətlə, heç vaxt dağ xizəyi kurortu olmayıb. Biz bunu yaratmışıq və bu gün vəzifə ondan ibarətdir ki, bu kurort zonası yay mövsümündə də tam gücü ilə işləsin. Mənə verilən məlumata görə, bu ilin yayında Qusara gələn turistlərin sayı artıb və əslində bu mərkəz il boyu fəaliyyət göstərməlidir. Çünki Azərbaycana gələnlərin sayı getdikcə artır.

Ölkə vətəndaşları daha çox Azərbaycanda dincəlməyə üstünlük verirlər. Çünki indi bizim gözəl imkanlarımız – gözəl otellər, istirahət zonaları, yollar var. Biz bu gün Qusar-İmamqulukənd-Quxuroba yolunun açılışını etdik. Bu, sadəcə olaraq, kəndləri birləşdirən layihə deyil. Bu, ümumiyyətlə magistral yola çıxış deməkdir. Bakıya gedən yolun məsafəsi qısalır, Xaçmazla çox gözəl əlaqə yaradılır. Biz bu məsələlərə belə yanaşırıq. İlk növbədə, inkişaf üçün lazım olan infrastruktur layihələrini icra edirik. Şimal zonasında bu layihələrə milyardlarla manat vəsait ayrılıb.

Bu layihələrin böyük əksəriyyəti sosial xarakter daşıyır. İçməli su layihəsi sırf sosial məna daşıyan bir layihədir. Bizdə su tarifləri çox aşağı səviyyədədir və oradan gələn gəlirlə qoyulmuş vəsaiti qaytarmaq mümkün deyil. Bəlkə də 50 il lazım olacaq”.

İ. Əliyevin qeyd etdiyinə görə,  qazlaşdırma da həmçinin, yəni,  bizdə qazın daxildəki qiyməti dünya qiyməti ilə müqayisədə təqribən 8-10 dəfə aşağıdır:

“Qonşu ölkələrlə, Cənubi Qafqazda yerləşən digər ölkələrlə müqayisədə 5 dəfə aşağıdır. Yəni, qazlaşdırma layihələri də sosial xarakter daşıyır.

Kənd yollarının tikintisinə yatırılan vəsait də qayıdan vəsait deyil. O, müəssisəyə yatırılan vəsait deyil. Bunu nəyə görə edirik? İnsanlar üçün, inkişaf üçün. Əsas vəzifələr bunlardır – regional inkişaf, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması…

Etikxeber.az

Read Previous

Ramin İbrahimov bürünc medal uğrunda yarışacaq

Read Next

Bayram Mustafayev XV Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir