Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Etikxeber.az-ın xəbərinə görə, müvafiq Sərəncamı oktyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Eyni zamanda, Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Etikxeber.az