İlham Əliyev yenidən İtaliyada VƏ GÖRÜŞLƏRDƏ… – FOTOLAR – YENİLƏNİB – (5)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, Roma şəhərinin “Leonardo da Vinci Rome Fiumicino” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliyanın rəsmi şəxsləri qarşıladılar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb.

Görüşdə SOCAR ilə “Eni S.P.A” şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunuldu, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Qeyd olundu ki, sənədlərin imzalanmasından sonra “Eni S.P.A” şirkəti daha qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi üçün işçi plan və strategiya hazırlayacaq.

13:13

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub.

Romanın “Quirinale” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısını qarşıladı.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edildi.

Sonra birgə foto çəkdirildi.

16:53

***

Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü başlayıb.

Romanın “Chigi” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloniyə təqdim olundu.

Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdirdilər.

17:40

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub.

Romanın “Quirinale” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısını qarşıladı.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edildi.

Sonra birgə foto çəkdirildi.

Sercio Mattarella dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə bir daha təbriklərini çatdırdı.

O, Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkəmizin İtaliyanın yaxın tərəfdaşı olduğunu deyərək, 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin önəmini vurğuladı.

Sercio Mattarella özünün Azərbaycana səfərini məmnunluqla xatırladı.

Son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını, İtaliya-Azərbaycan əlaqələrinin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğuladı, İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd etdi. Bu xüsusda, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın vacibliyi, o cümlədən TAP layihəsinin əhəmiyyəti vurğulandı. Bu gün TAP layihəsinin həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı mühüm rola toxunularaq, hazırda bu layihənin Avropanın 10 ölkəsinin enerji təchizatındakı vacib rolu qeyd olundu.

Söhbət zamanı humanitar və mədəni əlaqələrin önəminə toxunuldu, ADA Universiteti ilə İtaliyanın beş universiteti arasında birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti qeyd edildi. Burada təhsil alan tələbələrin gələcəkdə ölkələrimiz arasında dostluğun elçiləri olacaqlarına və münasibətlərimizin inkişafına töhfə verəcəklərinə əminlik bildirildi.

İtaliya-Azərbaycan Universitetinin yaradılmasının böyük əhəmiyyət daşıdığını deyən Sercio Mattarella bunun ölkələrimiz arasında humanitar və insanlararası əlaqələrin inkişafında mühüm rol oynadığını vurğuladı.

İtaliya Prezidenti COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, bunun çox əhəmiyyətli tədbir olduğunu dedi və ölkəsinin COP29-da yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirdi. İtaliyanın COP29-un Azərbaycanda uğurla keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu qeyd edən Sercio Mattarella COP29-la əlaqədar İtaliyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanla yaxından əməkdaşlıq etdiyini vurğuladı.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan yekdil dəstəyinin ifadəsi, eyni zamanda, ölkəmizə olan etimadın göstəricisidir. Dövlətimizin başçısı COP29 – beynəlxalq iqlim dəyişikliyi məsələlərində Azərbaycanın İtaliya ilə birgə əməkdaşlığa hazır olduğunu bildirdi.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri, hazırda isə üzvü kimi Qlobal Cənubun bir hissəsidir, Qərb, o cümlədən Avropa ilə sıx əlaqələri mövcuddur. Dövlətimizin başçısı Azərbaycanın COP çərçivəsində də iqlim məsələləri üzrə həmrəyliyin təşviq edilməsi istiqamətində səy göstərəcəyini vurğuladı.

Prezident Sercio Mattarella ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə və inkişafına daim dəstək göstərdiyini deyərək, İtaliyanın regionda sülh gündəliyini dəstəklədiyini qeyd etdi.

Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanla əsas ticarət tərəfdaşlarından biri olduğunu vurğuladı və Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin mövcud olduğunu dedi. Bununla belə, dövlətimizin başçısı təəssüflə qeyd etdi ki, bəzi Avropa ölkələri bu əlaqələrin inkişafına maneə yaradırlar. Regionda sülh gündəliyinə toxunan Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsünün, bu müqavilənin əsasını təşkil edən prinsiplərin, eyni zamanda, Cənubi Qafqazda regional əməkdaşlıq layihələrinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu vurğuladı.

Dövlətimizin başçısı sərhədlərin delimitasiyası və demarkasiyası prosesində ciddi nailiyyətlərin əldə edildiyini, ikitərəfli xarakter daşıyan bu proses çərçivəsində artıq 12 kilometrdən çox sərhədyanı ərazinin həm də demarkasiya olunduğunu, 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 Azərbaycan kəndinin də ölkəmizin nəzarətinə qaytarıldığını bildirdi. Dövlətimizin başçısı buna baxmayaraq Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının hələ də mövcud olduğunu qeyd edərək, Ermənistanda müvafiq konstitusiya dəyişdirilməsi prosesi vasitəsilə bunun aradan qaldırılmasının önəmini vurğuladı və bundan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün yaxşı zəmin yaranacağını bildirdi.

Görüşdə çoxsaylı İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti, xüsusilə Qarabağda bir sıra sahələrdə, o cümlədən bərpa-quruculuq işlərində, muzeylərin tikilməsində və digər müxtəlif layihələrin icrasında iştirak etdikləri vurğulandı.

Sonda Prezident İlham Əliyev İtaliya Prezidentini Azərbaycana dövlət səfərinə dəvət etdi. Sercio Mattarella dəvəti məmnunluqla qəbul etdi.

***

Sentyabrın 5-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirilib.

Romanın “Chigi” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İtaliya nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloniyə təqdim olundu.

Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdirdilər.

Əvvəlcə Prezident İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin təkbətək görüşü oldu.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdi.

Ciorcia Meloni dövlətimizin başçısının İtaliyaya bu səfərinin çox səmərəli olduğunu vurğulayaraq, Prezident İlham Əliyevlə İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə dair ətraflı müzakirələr aparıldığını qeyd etdi, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyini bildirdi. Bu xüsusda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparıldı. Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd olundu.

Enerji sahəsində ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edildi. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, onun bu gün İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunuldu, TAP-ın ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparıldı.

İtaliya Nazirlər Şurasının sədri Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara görə minnətdarlığını bildirdi və bu xüsusda, ölkəmizin rolunu qeyd etdi. O, COP29-a dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi və bu tədbirdə məmnuniyyətlə iştirak edəcəyini vurğuladı. İtaliya Nazirlər Şurasının sədri COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu dedi. Bu xüsusda, İtaliyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanın COP nümayəndə heyəti ilə yaxından əməkdaşlığı və Azərbaycanın COP Prezidentinin G20 çərçivəsində İtaliyada keçirilən ekologiya nazirlərinin toplantısında iştirakı qeyd olundu.

Söhbət zamanı İtaliyanın “Eni S.P.A” şirkəti ilə SOCAR arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması məmnunluqla qeyd edildi, bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə fikir mübadiləsi aparıldı.

Görüşdə Azərbaycanın və İtaliyanın üçüncü ölkələrdə birgə investisiya layihələrində iştirakı məsələsinə toxunuldu. Orta Dəhlizin əhəmiyyəti vurğulandı və İtaliya şirkətlərinin də bu dəhlizin imkanlarından istifadə etməsi perspektivləri müzakirə olundu.

İtaliya-Azərbaycan iqtisadi əməkdaşlıq məsələləri üzrə komissiyanın roluna toxunuldu, gələn il komissiyanın iclasının keçirilməsi razılaşdırıldı.

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədrini Azərbaycana rəsmi səfərə dəvət etdi.

Ciorcia Meloni dəvəti məmnunluqla qəbul etdi.

***

Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə etdilər.

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə etdilər.

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə etdilər.

Etikxeber.az

Read Previous

“İstəyirəm ki, Şəhid bacısı, Şəhid ailəsi kimi Xankəndidə işlə təmin edilim, eləcə də…”-GORANBOYLU ŞƏHİD BACISINDAN MÜRACİƏT

Read Next

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir