Milli Olimpiya Komitəsində (MOK) Hesabat-Seçki Konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev yenidən MOK prezidenti seçilib.
Etikxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qapalı keçən iclasdan sonra gənclər və idman naziri Azad Rəhimov deyib.
O, bildirib ki, konfrans iştirakçıları yekdilliklə 1997-ci ildən bu vəzifədə olan İlham Əliyevə səs veriblər:
“İdman ictimaiyyəti adından idmançıların əsl mənada böyük dostu, idmana dəstək olan cənab prezidenti təbrik edirik. Bu günki nailiyyətimizə təkan verən insandır”.
Qeyd edək ki, bu gün MOK-un vitse-prezidentləri, baş katibi, İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvləri məlum olacaq.
Etikxeber.az