İlham Əliyevin imzaladığı əfv sərəncamı humanizm siyasətinin parlaq nümunəsidir – DEPUTAT

Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin parlaq nümunəsidir.
Bunu Etikxeber.az-açıqlamasında millət vəkili Sevinc Fətəliyeva deyib.
 Onun sözlərinə görə, dövlət başçısı ənənəvi olaraq, bayram günləri,bir sıra əlamətdar tarixlər öncəsi imzaladığı əfv sərəncamları ilə xeyli sayda insanı azadlığaqovuşdurur.
Ulu öndər Heydər Əliyevin humanizm siyasətinin davamıdır. Ardıcıl olaraq dövlət başçısı tərəfindən əfv sərəncamlarının verilməsi istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır. Humanist addımlar mahiyyət etibarilə insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan azad edilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir”- deyə, millət vəkili vurulayıb.
S. Fətəliyeva əlavə edib ki, dövlətin belə məhkumlara etimad göstərərək, onları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək, ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir:
“Bu, həm də onların cəmiyyət tərəfindən daha tez qəbul olunması və özlərinə layiqli yer tapmasına da şərait yaradır. Dövletin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri formalaşır.
Millət vəkili deyib ki, əfv sərəncamlarının adətən müxtəlif  bayramlar öncəsi imzalanması isə cəmiyyətdə xüsusi əhval-ruhiyyə yaradan hadisədir:
“Çünki bayramları, əlamətdar günləri yaxınları, əzizləri ilə keçirmək hər bir insanın arzusudur. Qarşıdan Novruz bayramının yaxınlaşdığını nəzərə alsaq, əfv olunan vətəndaşların evlərində bayram sevincinin ikiqat hiss olunacağı şübhəsizdir. Beləliklə, ölkə Prezidenti İlham Əliyevin imzaladığı növbəti əfv Sərəncamı dövlətimizin humanizm siyasətinin parlaq nümunəsidir.
Etikxeber.az

Read Previous

DEPUTAT YAZIR: İntihar çarə deyil

Read Next

“İntihar elə bir zərərli virusdur ki…” – SAHİB ALIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir