“İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri ölkələrimizin tarixində yeni səhifə açıb”-Diplomat

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym 23 sentyabr – ölkənin Milli Günü münasibətilə açıqlama yayıb.

Etikxeber.az xəbər verir ki, Müsaid bin İbrahim əs-Süleym bildirib ki, 1932-ci ilin 23 sentyabrında kral Əbdüləziz bin Əbdürrəhman Al Səud ölkəni Səudiyyə Ərəbistanı Krallığı adı altında birləşdirərək, dünyaya yeni bir dövlətin yarandığını bəyan edib.

Açıqlamada deyilir ki, Səudiyyə Ərəbistanı Krallığı bu gün iki müqəddəs məscidin xadimi, kral Salman bin Əbdüləziz Al Səudun rəhbərliyi dövründə özünün ən parlaq günlərini yaşayır: “Səudiyyə vətəndaşının məişət və təhsil səviyyəsinin artırılması, müasir inkişaf və tərəqqiyə yönəlmiş digər işlər krallığı dünyanın mütərəqqi ölkələri sırasına çıxarıb. Krallıq bütün beynəlxalq tribuna və kürsülərdən ərəb və müsəlmanların problemlərinin həllinə çalışır”.

Səfir vurğulayıb ki, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında güclü və səmimi qardaşlıq əlaqələri mövcuddur: “Keçən ilin aprel ayında prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri ölkələrimizin dostluq və əməkdaşlıq tarixində yeni səhifələr açıb. Bu gün istər iki ölkəni, istərsə də bütün islam dünyasını maraqlandıran məsələlərlə bağlı beynəlxalq təşkilatlar çərçivəsində geniş əməkdaşlıq və hərtərəfli koordinasiya mövcuddur. Qardaş ölkələr arasında əlaqələrin bütün sahələrdə, xüsusən də iqtisadi, investisiya və turizm sahələrində irəli aparmaq üçün güclü iradə, həqiqi əzm, qəti bir istək var”.

Etikxeber.az

 

Read Previous

İsgəndər Cavadova Prezidentin fəxri təqaüdü verildi

Read Next

Pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir