İlham Əliyevlə Mehriban Əliyeva bir sıra-AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (2)

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması və ilk “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Martın 1-də həmçinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub.

Prezidenti İlham Əliyev həmin tədbirdə iştirak edib.

***

Eyni zamanda, dünyada ilk dəfə Bakıda yaradılan “Suraxanı” gəmi-muzeyinin açılışı olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tədbirdə də iştirak ediblər.

13:13

***

14:00

***

Xəbər verildiyi kimi, “Suraxanı” tanker-muzeyin açılışı olub.

Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Ölkəmizdə gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində də bir sıra layihələr həyata keçirilib. Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən “Suraxanı” tanker-muzeyinin yaradılması dövlətimizin başçısının dəstəyi ilə bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində “Suraxanı” tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub.

Dövlətimizin başçısına və birinci xanıma fədakar Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılan heykəltəraşlıq kompozisiyası barədə də məlumat verilib.

Bildirilib ki, əsərin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev, memarı isə Əməkdar memar Elxan Əsədovdur.

Heykəltəraşlıq kompozisiyası dinamik fiqurlu dalğanı yaran gəmi pəri ilə təqdim edilib.

Etikxeber.az

Read Previous

44 gün… + 4 saat: müharibədən mədəniyyətə keçidin təsbiti

Read Next

SON MƏKTUB-Əminə Yusifqızı yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir