İlham Əliyevlə Mehriban Əliyeva Olimpiya çempionu-ZELİM KOTSOYEVİ TƏBRİK ETDİLƏR – YENİLƏNİB – (1)

Azərbaycan Fransada keçirilən Yay Olimpiya Oyunlarında ikinci qızıl medalı qazanıb.

Etikxeber.az xəbər verir ki, Azərbaycan cüdoçusu Zelim Kotsoyev finalda Gürcüstan idmançısı İlya Sulamenizdeni məğlub edərək Olimpiya çempionu olub.

Bununla, Azərbaycan Olimpiya komandası hesabına ikinci qızıl medalı yazdırıb.

Bundan əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) qızıl medal qazanmışdı.

***

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehtiban Əliyeva bu gün Olimpia Oyunları zamanı ikincı qızıl medal qazanan cüdoçumuz Zelim Kotsoyevi təbrik edib.

Etikxeber.az xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı öz “Instagram” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Cüdoçu Zelim Kotsoyev Paris Yay Olimpiya Oyunlarında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı!

İdmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”

***

Avqustun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında Olimpiya çempionu olmuş azərbaycanlı cüdoçu Zelim Kotsoyevə zəng ediblər.

Prezident İlham Əliyev və birinci xanım Olimpiadanın qızıl medalını qazanması münasibətilə Zelim Kotsoyevi təbrik edib, ona gələcəkdə də yeni uğurlar arzulayıblar. Dövlətimizin başçısı Azərbaycan idmançılarının Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk dəfə iki Olimpiya qızıl medalını qazandıqlarını qeyd edərək bu münasibətlə təbriklərini eyni zamanda komandanın məşqçilərinə və Cüdo Federasiyasının rəhbərliyinə çatdırıb.

Telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlığını bildirən Zelim Kotsoyev öz qələbəsi ilə Azərbaycan Bayrağını ucaltmaqdan və Himnimizi səsləndirməkdən fəxr hissi keçirdiyini deyib.

O, yeni qələbələr qazanmaq üçün bundan sonra da bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Etikxeber.az

Read Previous

Kino işçiləri təltif edildi-SƏRƏNCAM

Read Next

Şəhid Kənan Süleymanlının anası Səadət Şirəliyeva tərəfindən-MƏHƏRRƏMLİK AYI İLƏ BAĞLI EHSAN MƏCLİSİ TƏŞKİL OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir