İlham Əliyevlə Vladimir Putin bir araya gələ bilər – DEKABRIN 20-DƏ

Dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş keçirilə bilər.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı Azərbaycan Prezidentinin belə bir istəyinin olduğunu açıqlayıb.

“Mən həm də Azərbaycan Respublikası Prezidentinin Sizə münasib vaxtda ölkəmizə səfər etmək təklifini çatdırmaq istəyirəm”-deyə, Birinci ledi görüş zamanı bildirib.

Cavabında isə Rusiya Prezidenti bunu məmnunluqla qarşıladığını söyləyib və bunları deyib:

“Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümidvaram ki, onunla dekabrın 20-də Peterburqda görüşmək şərəfinə nail olacağam”.

Etikxeber.az

 

Read Previous

“Dostluq” ordeni formal məsələdir, lakin düşünülmüş qərardır…”- PUTİN MEHRİBAN ƏLİYEVAYA BELƏ DEDİ – FOTO – YENİLƏNİB

Read Next

“Vasif Talıbova dedim ki, xalça apara bilmərəm, o da dərhal nə istədiyimi tutdu…” – RAFAEL DADAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir