İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti ilə-NƏDƏN DANIŞDI? – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri qəbul edib.

Etikxeber.az xəbər verir ki, görüşdə Azərbaycanda tarixən mövcud olan tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb.

Digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlət səviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksək qiymətləndirilib, yəhudilərin ölkəmizin ictimai həyatında fəal iştirakı qeyd edilib.

Söhbət zamanı Bakıda keçirilən və Mark Şnayerin iştirak etdiyi “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi növbəti töhfə kimi dəyərləndirilib.

Etikxeber.az

Read Previous

Daha 1772 yeni yoluxma-DAHA 21 ÖLÜM…

Read Next

Xocavənddə Azərbaycan hərbçisi ona hücum edən erməni əsilli şəxsi-ZƏRƏRSİZLƏŞDİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir