İlham Əliyev daim etibar edilməli olan əsl dostdur – LUKAŞENKO

Belarusun İctimai Televiziyası Azərbaycan Prezidenti İlham Əliyevin Minskə səfərindən geniş reportaj yayımlayıb.

Etikxeber.az AZƏRTAC-a istinadən  xəbər verir ki, reportajda Aleksandr Lukaşenkonun İlham Əliyevi necə böyük hörmətlə qarşılayıb-yola saldığı diqqətə çatdırılır.

Qeyd olunur ki, Belarus və Azərbaycan aralarında iki min kilometrdən artıq məsafə olmasına baxmayaraq, çox yaxın tərəfdaşlardır. Belarus Prezidenti azərbaycanlı həmkarını “daim etibar edilməli olan əsl dost” adlandırır.

“Belarus və Azərbaycan bütün istiqamətlərdə əməkdaşlığa hazırdırlar, dost ölkələr kimi bir-birinə kömək edirlər. Azərbaycan Prezidentinin bu səfəri dövlət başçılarının dostluğunu bir daha sübut etdi”, – deyə aparıcı vurğulayır.

ilham-2

Reportajda Azərbaycan ilə Belarus arasında münasibətlərin inkişafından ətraflı bəhs olunur. Qeyd edilir ki, Belarus üçün ağır vaxtlarda Azərbaycan daim ölkəyə dəstəyini nümayiş etdirib. Rusiya ilə enerji mübahisələri zamanı isə Belarusa ekspress-kreditlə yardım edib.

Prezident İlham Əliyevin səfər çərçivəsində Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evinə də baş çəkdiyi qeyd edilən reportajda ölkəmizin milli məhsulları haqqında məlumat verilir. Eyni zamanda, Gəncə Avtomobil Zavodunda Belarusla birgə traktorun yığılması, Bakıda Belarus məhsullarının satışı ilə bağlı məlumatlar diqqətə çatdırılır.

Etikxeber.az

Read Previous

Zurabişvili, yoxsa, Vaşadze? – BU GÜN BİLİNƏCƏK – YENİLƏNİB

Read Next

RAMZAN KADIROV BAKIYA NİYƏ GƏLMİŞDİ? – Baxış

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir