İlham Əliyev hərbi xidmətə çağırış haqqında sərəncam imzaladı

Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycan vətəndaşlarının 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır, xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə 2017-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılır.

Etikxeber.az

Read Previous

İctimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun layihəsi plenar iclasa tövsiyə olundu

Read Next

Daxili Qoşunların bir qrup hərbi qulluqçusu təltif olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir