İlham Əliyevlə Mehriban Əliyeva Heydər Əliyevin məzarını-ZİYARƏT ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Mayın 10-da mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasından 99 il ötür.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

09:05

***

Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda mərhum prezidentin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının Dövlət Himni səslənibi.

Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.

Sonra dövlət başçısı və ailə üzvləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoydular.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.

09:33

***

Etikxeber.az

Read Previous

Bir qrup incəsənət və mədəniyyət xadiminə Prezident mükafatı və fərdi təqaüd veriləcək-SƏRƏNCAMLAR – YENİLƏNİB

Read Next

6 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir