İlham Əliyev Litvanın xarici işlər naziri-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az xəbər verir ki, bu haqda AZƏRTAC məlumat yayıb.

11:54

***

Görüşdə Azərbaycan-Litva ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələləri müzakirə olundu. Dövlətimizin başçısı 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarının işğalı və postmüharibə dövründə yaranmış vəziyyətlə bağlı ölkəmizin mövqeyini çatdırdı.

Söhbət zamanı Azərbaycan Respublikası-Avropa İttifaqı əməkdaşlığı məsələləri müzakirə edildi və Azərbaycan Respublikası-Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvarlıq ifadə olundu.

Etikxeber..az

Read Previous

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi-BURAXILDI VƏ… – YENİLƏNİB

Read Next

Prezident qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı-SƏRƏNCAM İMZALADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir