“Naxçıvan Muxtar Respublikasında içməli su layihələri də 100 faiz həll olunacaq…”-İlham Əliyevin Naxçıvana – SƏFƏRİ BAŞA ÇATDI – YENİLƏNİB – (19) – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə gəldi.

Etikxeber.az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak etdi.

Dövlətimizin başçısına yeni uçuş-enmə zolağı ilə bağlı görülən işlər barədə məlumat verildi.

***

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak etdi.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etdi.

Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu, Ulu Öndərin xatirəsini ehtiramla yad etdi.

***

 İlham Əliyev mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış oldu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

***

İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

***

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı oldu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev açılışda iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə hospital barədə məlumat verdi.

11:27

***

İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Süni Mayalanma Mərkəzinin açılışında iştirak etdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına Mərkəzdə görülən işlər barədə məlumat verdi.

11:59

***

İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak etdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

12:59

***

İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış oldu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verdi.

13:03

***

İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış oldu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verdi.

***

İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak etdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə barədə məlumat verdi.

Dövlətimizin başçısı daha sonra ictimaiyyət nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidenti görüşdə çıxış etdi.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Ordubad şəhərindəki büstü önünə gül dəstəsi qoydu.

***

İlham Əliyev mayın 10-da Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanış oldu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

13:27

***

İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 10-da başa çatdı.

Dövlətimizin başçısını Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yola saldı.

14:40

***

16:40

***

17:07

***

Xəbər verildityi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak etdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə barədə məlumat verdi.

Dövlətimizin başçısı daha sonra ictimaiyyət nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidenti görüşdə çıxış etdi.

İctimaiyyət nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:

-Artıq Ordubad şəhərinə də təmiz içməli su verilir. Artıq bir müddətdir ki, şəhərin və Şəhriyar qəsəbəsinin sakinləri bu sudan istifadə edirlər. Çox əlamətdar hadisədir. Bütün ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da içməli su ilə təminat həmişə problemli idi. Son illər görülmüş işlər nəticəsində demək olar ki, ölkə üzrə bütün əksər şəhərlərdə bu layihələr icra edilib. Bir neçə şəhər qalıb ki, orada da yaxın gələcəkdə içməli su və kanalizasiya layihələri icra ediləcək.

Şadam ki, Naxçıvan Muxtar Respublikasında artıq bir neçə şəhər içməli su və kanalizasiya şəbəkəsi ilə təmin edilib – Naxçıvan şəhəri, Şərur, Şahbuz, Culfa, indi də Ordubad şəhəri. Növbəti mərhələdə daha üç şəhərdə – Kəngərli, Babək və Sədərəkdə də içməli su layihələri icra ediləcək. Beləliklə, içməli su ilə təminat artıq 100 faiz təşkil ediləcək. Necə ki, vaxtilə təbii qazla və elektrik enerjisi ilə təminat 100 faizə çatdı, bir neçə ildən sonra Naxçıvan Muxtar Respublikasında içməli su layihələri də 100 faiz həll olunacaq. Yollar da infrastruktur layihələri arasında xüsusi yer tutan layihələrdir. Bu gün artıq yeni çəkilmiş Culfa-Ordubad yolu ilə Ordubad şəhərinə gəldim. Yol şəbəkəsinin qurulması istiqamətində də demək olar ki, bütün şəhərlərarası layihələr başa çatıb. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.

Bu gün ölkəmizin həyatında xüsusi bir gündür – Ulu Öndərin doğum günüdür. Bu gün Naxçıvanda olmağımın, əlbəttə ki, səbəbi var. Tarixi Zəfərdən sonra Ulu Öndərin birinci doğum günüdür və bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim. Burada, Naxçıvan Muxtar Respublikasında bir çox önəmli tədbirlərdə, açılışlarda iştirak etdim. Respublika inkişaf edir, çiçəklənir, bütün məsələlər öz həllini tapır – təhlükəsizlik, sosial-iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, infrastruktur. Biz bundan sonra da bu yolla gedəcəyik ki, ölkəmizin hər bir yerində, əlbəttə ki, bizim tarixi diyarımız olan Naxçıvan Muxtar Respublikasında işlər həmişə yüksək səviyyədə görülsün, insanlar daha da yaxşı yaşasınlar və ölkəmiz daha da güclənsin. Sizi bir daha təbrik edirəm.

Sakinlər: Sağ olun.

Sonra ictimaiyyətin nümayəndəsi Cəbi Quliyev çıxış edərək Naxçıvanda davamlı inkişafın təmin edildiyini vurğuladı və buna görə Naxçıvan ictimaiyyəti adından Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi. O, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin dövlət-xalq birliyinin əyani ifadəsi olduğunu dedi. Vurğuladı ki, bu qələbə nəqliyyat dəhlizinin açılması hesabına Naxçıvan Muxtar Respublikasının 30 illik blokadasına son qoyacaq. O da bildirildi ki, ölkəmizdə həyata keçirilən inkişaf strategiyası muxtar respublikanı da əhatə edib, Naxçıvan özünün ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyinə nail olub. Belə ki, muxtar respublikada ordu quruculuğuna xüsusi diqqət yetirilib. Yeni hərbi obyektlər istifadəyə verilib, ordu hissə və birləşmələrinin maddi-texniki bazası möhkəmləndirilib, şəxsi heyətin döyüş qabiliyyəti artırılıb. Prezident İlham Əliyevin bu səfəri zamanı istifadəyə verilən obyektlər də ölkəmizdə insan amilinə verilən yüksək dəyərin ifadəsidir və Naxçıvanın daha da inkişafında mühüm rol oynayacaq.

Daha sonra dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Ordubad şəhərindəki büstü önünə gül dəstəsi qoydu.

17:17

***

Məlum olduğu kimi, İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak etdi.

Dövlətimizin başçısına yeni uçuş-enmə zolağı ilə bağlı görülən işlər barədə məlumat verildi.

Qeyd edildi ki, zolağın ümumi uzunluğu 3300, eni 60 metrdir. Yükgötürmə qabiliyyəti 400 ton olan zolağın salınması zamanı yerli iqlim şəraiti və beynəlxalq tələblər nəzərə alınıb. Uçuş-enmə zolağının naviqasiya və işıqlandırma sistemləri müasir səviyyədə qurulub. Ərazidə peyk siqnallarını tənzimləyən yerüstü naviqasiya sistemləri, çətin hava şəraitində təyyarələrin təhlükəsiz qəbulu və uçuşu üçün avtomatlaşdırılmış meteoroloji radiolokator quraşdırılıb, radiorabitə vasitələri tamamilə yenilənib.

Bu da yerli və beynəlxalq dəhlizlər üzrə hava şəraiti haqqında məlumatların operativ və dəqiq ötürülməsinə imkan verəcək.

17:24

***

17:30

***

17:35

***

Etikxeber.az

Read Previous

“Elə yerindəcə məhv edəcəyik…”-Prezidentin Azərbaycan Televiziyasına – MÜSAHİBƏSİ – YENİLƏNİB – FOTOLAR

Read Next

“Belə insanlarla hər birimiz fəxr edirik…”-MM-İN KOMİTƏ SƏDRİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir