Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatının inkişafında iştiraka dəvət etdi – FOTO – YENİLƏNİB

Fevralın 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belçikalıların Kralı Filipin təkbətək görüşü olub.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Görüşdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Dövlətimizin başçısının bu səfərinin həm Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin genişlənməsi, həm də ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminlik bildirildi. Prezident İlham Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatının inkişafında iştiraka dəvət etdi.

Söhbət zamanı ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu vurğulandı, regional, iqtisadi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

“Çingizin ruhu hər zaman aramızda olacaq” – MİLLƏT VƏKİLİ – FOTO

Read Next

İslam Həmrəyliyi Oyunlarının futbol yarışında 8 yığma komanda mübarizə aparacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir