“Əliyevin bu addımı alqışa və təqdirə layiqdir” – KAMİLƏ ƏLİYEVA – SİYASİLƏRDƏN VİZA QƏRARINDA ÖLKƏ PREZİDENTİNƏ DƏSTƏK – YENİLƏNİB – (2)

Türkiyə vətəndaşlarına Azərbaycana gəliş-gediş üçün vizanın qaldırılması ilə bağlı ölkə prezidenti İlham Əliyevin qəbul etdiyi qərar böyük əhəmiyyət daşıyan tarixi bir qərardır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

O, qeyd edib ki, Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı Bakıda iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə paradın keçirilməsindən sonra bu hadisə hədsiz sevindiyi ikinci hadisədir:

“Həmin parad ona görə önəmli idi ki, bizim dövlət müstəqilliyimiz üçün canından, qanından keçmiş Nuri Paşa komutanlığında qəhrəman türk əsgərinin qarşısında bir vəfa borcumuzu mütləq qaytarmalıydıq. Məhz bunun adı qardaşlıqdır, məhz bunun adı əhdə vəfadır. Cənab İlham Əliyevin bu cəsur jesti hər cür alqışlanası, təqdirolunası tarixi qardaşlıq addımıdır. Gəliş-gediş üçün viza qonağa, dosta, əcnəbiyə verilə bilər.

Qardaş qardaşa evinə gəlib getməyə viza verməz, verməməlidir. Unutmayaq, enində-sonunda bizim yenə də taleyimiz Siam ekizləri kimi Türkiyə ilə birlikdəliyimizdən asılı olacaq. Azərbaycan prezidentinə bu anlamlı, milli maraqlarımıza uyğun və cəsur addımına görə minnətdarlığımı bildirirəm. Türkiyə ilə qardaşlığımıza töfhə verən hər addım alqışlanmağa layiqdir”.

fazil-mustafa-88

kamilla-13

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, BDU-nun professoru Kamilə Əliyeva da bu addımı tarixi hadisə və tarixi addım kimi qiymətləndirib.

Qeyd edib ki, bunun əksini də gözləmək, düşünmək mümkün olmazdı və deyil.

“Biz öndərlərimizin dediyi kimi “Bir millət-iki dövlətik”, Azərbaycanın kədəri Türkiyənin kədəri, Azərbaycanın sevinci Tükiyənin sevinci, eyni zamanda, Türkiyəni kədəri Azərbaycanın kədəri, Türkiyənin sevinci Azərbaycanın sevincidir. Bizim canımız da, qanımız da, ruhumuz da, kökümüz də birdir, eyni ağacın meyvələrik, eyni dəyərlərin, mədəniyyətlərin daşıyıcılarıyıq. Hər zaman bir-birimizə dəstək, arxa-dayaq olmuşuq. Azərbaycanın ikinci müstəqilliyini də  ilk tanıyan məhz qardaş və dost Türkiyə olub.

Dünyada elə bir ölkə ola bilməz ki, Azərbaycanla Türkiyə kimi bir-birinə bu cür bağlı olsun. Bunun dünyada analoqu tapıla bilməz. Son 28 ildə, müstəqilliyimizin ikinci dönəmində Türkiyə ilə bütün sahələrdə, bütün məsələlərdə ən yüksək əməkdaşlıq, tərəfdaşlıq, strateji müttəfiqlik münasibətlərinə nail olunub. Bu gün hər iki ölkə birlikdə reallaşdırdıqları önəmli layihələrlə dünyanın enerji, siyasi təhlükəsizliyinin təminatında əsas aktorlardan birinə çevrilib. Keçən il yüksək səviyyəli açılış mərasimləri keçirilən “TANAP”, “STAR” və sair layihələr iki ölkə arasında qardaşlığın və dostluğun əməli və əyani təzahürüdür.

Belə olan təqdirdə, Türkiyə vətəndaşlarına Azərbaycana gəliş-gediş üçün vizanın qaldırılması ilə bağlı ölkə prezidenti İlham Əliyevin qəbul etdiyi qərar böyük əhəmiyyət daşıyan tarixi bir qərardır. Bu qərar dostluğumuzun və qardaşlığımızın hansı yüksək zirvədə olmasının daha bir bariz nümuməsidir. Bu qərar bütünlüklə təqdirə və alqışa layiqdir. Allah Türk Dünyasını, Azərbaycanla Türkiyəni, dövlət rəhbərlərimizi qorusun və hifz etsin”-deyə, millət vəkili sözlərinə əlavə edib.

aydinnn

tahir_rzayev_C00134

***

Millət vəkili Aydın Mirzəzadə öz növbəsində deyib ki, Azərbaycan və Türkiyə arasında razılaşmaya əsasən bu ilin 1 sentyabr tarixindən Türkiyə vətəndaşları üçün viza rejimi ləğv edilir:

“Əvvəldən də bu məsələdə iki ölkə arasında problem yox idi və Azərbaycanın bu qərarı ilə məsələ yam hüqüqi həllini tapdı. Bu razılaşma ilə iki ölkə arasında münasibətlər daha yüksək səviyyəyə çatacaq və əlaqələrimizin güclənməsinə səbəb olacaq. Qardaşlıq və dostluq münasibətlərimiz Ulu Öndər Heydər Əliyevin ” Bir millət, iki dövlət” prinsipinə söykənir və daima inkişaf edir. Azərbaycan və Türkiyə daima bir yerdədir və dostluqları daima inkişaf edəcək”.

***

Millət vəkili Tahir Rzayev də həmkarları kimi, son addımı müsbət və tarixi hadisə adlandıraraq, bunun iki qardaş və dost dövlət arasında münasibətlərin daha da güclənməsinə və möhkəmlənməsinə xidmət edəcəyini bildirib:

“Bu gün bu iki ölkəni bir-birindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Bütün məsələlərdə eyni-vahid mövqedən çıxış edir, bütün məsələlərdə bir-birilərinə ön, qeyd-şərtsiz dəstək verirlər. Bütün beynəlxalq tribunalarda bu iki dövlət və onun liderləri-cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğan eyni mövqeni sərgiləyir, qoşa qanad kimi addımlayır. Yadınızdadırsa, bir neçə il öncə İsveçrədə  növbəti Davos İqtisadi Forumu keçirilərkən, Türkiyə prezidenti məlum səbəblərdən ora qatılmamışdı. Həmin vaxt Türkiyə ilə bağlı sual verilərkən Azərbaycan prezidenti cənab İlham Əliyev “Türkiyə dövləti, onun rəhbəri burada təmsil olunmur, amma biz qardaş dövlət kimi buradayıq, Türkiyə ilə bağlı məsələ bizim də məsələmizdir”-deyərək, tarixi nailiyyətə imza atmışdı.

Bu, heç də hər kəsə nəsib olan bir cəsarət və qabiliyyət deyil. Bu, yalnız İlham Əliyev, eyni zamanda, Ərdoğan kimi liderlərə məxsus, xas olan bir cəsarət və keyfiyyətdir. Türkiyə dövləti, Türkiyə prezidenti də daim bütün tribunlardan Azərbaycana dəstəyini ifadə edir, Qarabağ, Xocalı ağrılarını gur səslə dilə gətirir. Odur ki, bu iki ölkə arasında heç bir sahədə problem yoxdur, ola bilməz və olmamalıdır. Son qərar, son addım da bir daha bunun sübutudur”.

***

gultekin-6

“Gözlərimə inana bilmirəm, bu doğrudurmu?!

Doğrudursa, çox gözəl xəbərdir, bu utancdan qurtulduq!

Yaşasın, Azərbaycan-Türkiyə birliyi!”.

Bunu isə öz “Facebook” statusunda sabiq deputat Gültəkin Hacıbəyli yazıb.

“Azərbaycanın bu addımı Gürcüstanın ərazi iddialarına cavabdır, Azərbaycanın təhlükəsizlik maraqlarına xidmət edir. Kim bunu anlamırsa, içində türk düşmənçiliyi gəzdirir və Azərbaycanı sevmir demək. Və ədalətli deyil…”-deyə, sabiq deputat sonra yazıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Alışanov ikinci dəfə nikaha girdi?!

Read Next

İtkin pilot Əliyevin müşavirinin, İsa Qəmbərin eks müavininin kürəkənidir – MÜDAFİƏ NAZİRİ ƏMƏLİYYAT QƏRARGAHINA GƏLDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir