İlham Əliyevin İrana səfəri sabah başlayır?!

“Azərbaycan Prezidenti İlham Əliyevin sabah İrana səfəri başlayır. Bunu skaypla məndən müsahibə alan iranlı jurnalist dedi”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

“Səfərin əhəmiyyəti haqqında danışdıqdan sonra İran tamaşaçılarının diqqətinə bunu çatdırmağı özümə borc bildim: “İranla Azərbaycan arasında iqtisadi münasibətlər inkişaf edir, birgə layihələr reallaşır, ancaq siyasi dairələrimizin və cəmiyyətimizin qonşu ölkədən başqa gözləntisi var:

Dağlıq Qarabağ məsələsində İrandan, siyasi və dini dairələrdən real dəstək gözləyirik, Azərbaycan torpaqlarının işğalına, məscidlərin dağıdılmasına etirazınızı gözləyirik. Bildirin bu etirazı Ermənistan rəsmilərinə! Azərbaycanın ərazi bütövlüyünə sözdə və əməldə dəstək lazımdır. İran bunu edərsə, ikili münasibətlər daha çox inkişaf edər”-deyə, politoloq sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

İtkin düşən neftçilərin axtarışı zamanı bir naməlum cəsəd tapıldı – QƏRARGAH

Read Next

“Təbiətin oyanışı” adlı rəsm sərgisi açılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir